Bakıda başqasının həyətinə girdiyi üçün saxlanan şəxsin daha iki cinayəti də açıldı
Paytaxt ərazisində naməlum şəxsin hüquqazidd əməldən yayınmaq məqsədilə evlərdən birinin həyətinə icazəsiz girməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxsin əvvəllər dəfələrlə məhkum edilmiş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov olduğu aşkarlanaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb.
Davam etdirilən araşdırmalar nəticəsində saxlanılan şəxsin Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11 min manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
ZÜMRÜD