KÖHNƏ VERSİYA            

Hakimiyyətin içində əleyhimə işləyənlər var - Prezident ağır qətldən sonra danışdı...

Image

Faiq Ələkbərli: "Bununla Pezeşkiana "sən çox da irəli getmə, sonun belə olar" mesajını veriblər ki, o öz kabinetini formalaşdırarkən rejimin istəyindən kənara çıxmasın"

 İran prezidenti Məsud Pezeşkian hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu deyib.

"Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər, ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər", - deyə, Pezeşkian bildirib.

"Azad İran" yazır ki, Pezeşkian dəyişiklik üçün yeni plan hazırlanmalı olduğunu deyib. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə gözə bizdən narazıdır”.

İran prezidenti HƏMAS liderinin ölkədə öldürülməsinə görə də hökuməti tənqid edib. O qeyd edib ki, hökumətin ayırdığı pulların hara getdiyi də bəlli deyil.

 İsmayıl Haniyənin öldürülməsindən sonra İran prezidentinin ilk dəfə bu barədə danışması maraqlıdır. Çünki bəzi ekspertlər fikir irəli sürürlər ki, Haniyənin öldürülməsi həm də Məsud Pezeşkiana bir mesaj idi. Yəni onun inauqurasiya mərasimində bu qətlin törədilməsi həm də Məsud Pezeşkianın özünə bir xəbərdarlıqdır. 

"Onun bu vədlərini  İran hakimiyyətinin daxilindəki bəzi qüvvələrin narahatlıqla qarşıladığı şübhəsizdir"

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcısı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, İranın yeni seçilmiş prezidentinin narahatlıqları əsassız deyil, çünki hakimiyyət aparatında türk amilini qəbul etməyən qüvvələr var və onlar da ona təhdid yaradır, hökuməti formalaşdırmağa qoymur. Bu gün İranda hakimiyyət daxilində ciddi mübarizə getdiyini deyən F.Ələkbərli hesab edir ki, Pezeşkiana mane olanlar, onun yolunu kəsmək istəyənlər əllərindəki təsir mexanizmlərini itirmək istəməyənlərdir. F. Ələkbərli bildirdi ki, İran hakimiyyəti daxilində hər zaman qruplaşma olub və o qruplaşmalar hökumətin siyasətinə mane olmağa çalışıb, indi də həmin qüvvələr yeni prezidentə öz kabinetini formalaşdırmaq imkanı vermək istəmir, mane olur. "İran adlanan ölkədə son illər vəziyyət əvvəlki illərə nisbətdə dəyişib. Buna əsas səbəb artıq türk, yaxud Azərbaycan amilinin daha da güclənməsidir. Yəni indiki halda rəsmi Tehran türk, Azərbaycan amili ilə daha çox üz-üzə gəlməkdədir. Azərbaycan türkü Pezeşkian İranın prezidenti seçilib və bu da onların yeni şərtlərlə üz-üzə qalması deməkdir. 

Onun prezident seçilməsi heç də türklərə tamamilə güzəştə gedilməsi anlamına da gələ bilməz. Bu bir mübarizədir. Əlbəttə, bir tərəfdən  100 ilə yaxın bir dövrü əhatə edən fars hökmranlığı, 1925-ci ilə qədər isə mövcud olmuş 1000 illik bir türk hökmranlığı amili vardı.

Sadəcə, indiki anlamda bu, 100 illik fars amili ilə  1000 illik türk amili arasında bir mücadilədir.

Pezeşkianın prezident seçilməsi heç də tamamilə türk faktorunun fars faktorunun üzərində qələbə çalması deyil"-deyə bildirən F.Ələkbərli qeyd etdi ki, İran   dünyada hələ bir fars dövləti kimi tanınır, rəsmi dili də fars dilidir. "Seçki zamanı Pezeşkian türk dilində məktəblərin açılması, ümumiyyətlə türklərə mədəni statusun  verilməsi və sairlə bağlı fikirlər irəli sürüb. Onun bu vədlərini  İran hakimiyyətinin daxilindəki bəzi qüvvələrin narahatlıqla qarşıladığı şübhəsizdir. Hakimiyyət daxilində güclü mübarizə gedir. Onun andiçmə mərasimi günündə də HƏMAS liderinin öldürülməsi ona bir mesaj idi. Bununla Pezeşkiana "sən çox da irəli getmə, sonun belə olar" mesajını veriblər ki, o öz kabinetini formalaşdırarkən rejimin istəyindən kənara çıxmasın. Ona xəbərdarlıq edirlər ki, sən bir Azərbaycan türkü ola, onların dəstəyini ala bilərsən, İran ancaq bir fars dövlətidir və bunu qətiyyən unutmamalısan. Bu anlamda İsmail Haniyənin öldürülməsi, özü də bu qətlin onun inauqurasiya mərasimində baş verməsi ona ciddi xəbərdarlıq idi. Burda digər amillər də var. 

Əsas suallardan biri budur ki, belə bir məqamda Pezeşkian geriyə çəkiləcək, yoxsa heç bir təhdidə baxmayaraq prezident seçkilərində verdiyi vədləri yerinə yetirəcək? Məsələnin ən həssas nöqtəsi bu məqamdır. Pezeşkian geri çəkiləcəksə, verdiyi vədlərə əməl etməyəcəksə, demək yenə fars amili burda üstünlük təşkil edəcək, yox, dediklərini etsə, o öz həyatını təhlükəyə atmış olacaq, sui-qəsdə uğraya, öldürülə, başqa problemlərlə üzləşə bilər.

Ancaq mənə elə gəlir, Pezeşkian yüz illik fars dövlətini yıxmağı qarşısına məqsəd qoymasa da, minillik türk amilini nəzərə alıb bu işləri görməyə çalışır. Fikrimcə, yaxın aylarda bir çox məsələlərə aydınlıq gətiriləcək. Pezeşkianın devrilməsi, yaxud onun sui-qəsdə uğraması fars amilindən çıxış edənlərə sərf etməz. Çünki o zaman ölkə daha da ciddi problemlə üzləşəcək, böyük xaosa bürünəcəklər". 

 F. Ələkbərli hesab edir ki, indən belə hər şey İran prezidentinin iradəsindən asılı olacaq. O qeyd etdi ki, hakimiyyətdə formalaşan fars amili türk prosesinin qarşısını müəyyən qədər ala bilər, amma bu uzun müddət davam edə bilməz. Bu gün İran prezidentinin  təhdidlə üzləşməsi onu göstərir ki,  onun yürütmək istədiyi siyasətdən indidən  narahat olan qüvvələr var"-deyə müsahibimiz bildirdi. 

İradə SARIYEVA








VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031