Bazar günü, 20 iyul 2025
     

Azərbaycan-Pakistan münasibətlərində yeni dövrün başlanğıcı

Image

Prezident İlham Əliyevin Pakistanda səfərdə olduğu günlərdə İslamabadda küçələrin Azərbaycanın dövlət bayraqları və Prezident İlham Əliyevin portretləri ilə bəzədilməsi, Bakı və İslamabadın qardaşlaşmış şəhərlər elan olunması Pakistan xalqının ölkəmizə böyük sevgisinin təzahürüdür. Pakistan Müdafiə Nazirliyinin sosial şəbəkə səhifəsində "Üç qardaş, bir ailə! Üç ölkə, bir millət!" paylaşımı da ölkələrimizin birlik və həmrəylik mövqeyinin ən səmimi ifadəsidir.

Azərbaycan və Pakistan münasibətlərini səmimiyyət və hörmət, qarşılıqlı əməkdaşlıq üzərində quran və daim möhkəmləndirən dost və qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə - siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni müstəvidə əlaqələr davamlı olaraq gücləndirilməkdədir. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir.

Pakistan İslam aləmində inteqrasiya və dostluq münasibətlərinə xüsusi önəm verən ölkələrin önündə gedir.  1991-ci ilin 12 dekabrında  Azərbaycanın müstəqilliyini tanıyan Pakistanı bu məsələdə  yalnız Türkiyə qabaqlaya bilib. 1993-cü il aprelin 30-da "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Pakistan BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Azərbaycana qarşı hərbi təcavüzə etiraz əlaməti olaraq bu günədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Azərbaycan da öz növbəsində bütün beynəlxalq platformalarda Kəşmir probleminin ədalətli həlli üçün dəstəyini əsirgəmir. 44 günlük Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqq işini daim dəstəkləyib, Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etməsini böyük ruh yüksəkliyi ilə alqışlayıb. Müharibədən az sonra Azərbaycana səfər edən Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva "Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir" - deməsi, ümumilikdə, Pakistanın Azərbaycana münasibətini tam şəkildə açıqlayır.

Vətən savaşından sonra bu münasibətlər daha da yaxınlaşıb. Türkiyə - Pakistan -Azərbaycan formatında ölkə rəhbərləri, parlament, hərbi və diplomatik heyətlər arasında üçtərəfli görüşlər keçirilib və müvafiq sənədlərin imzalanması ilə müttəfiqlik münasibətlərinin yaradılmasına və möhkəmləndirilməsinə başlanılıb. Bu format ilk olaraq 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda ilk üçtərəfli görüşü zamanı rəsmiləşib.


Dünya miqyasında ədalətli mövqeyin müdafiəsi kontekstində Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla çıxaraq özünü həqiqi dostların ittifaqı kimi təsdiqlədi. Bu dəstək müharibədən sonrakı dövrdə də  davam edir. Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi kömək göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, həmrəylik, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər üç ölkənin həyati maraqlarına cavab verir. İqtisadi sahədə də əlaqələrin inkişafı üçün ciddi potensial var.

Hazırda iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar, ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi istiqamətində planlar ardıcıl şəkildə həyata keçirilir. Pakistan höküməti Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkətləri qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün də müraciət ediblər. Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərdə vurğulayıb ki, Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.

Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımdan müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi qüdrətli bir ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bu səfər Prezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədə inkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsi kimi yadda qaldı. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin Pakistana budəfəki səfəri uzunmüddətli perspektivdə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək, həm ikitərəfli əsasda, həm də yeni əməkdaşlıq formatları çərçivəsində ölkələrimiz arasında münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək.

Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu ölkənin nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. 

İngilis dilində nəşr olunan "The Express Tribune" qəzeti "Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb",  "Whenewsenenglish" nəşrinin "Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əməkdaşlıq gündəliyi ilə gəlib" və "The İnternational News" qəzetinin "Azərbaycan Prezidenti Pakistanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir" sərlövhəli məqalələrində vurğulanır ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımaları və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib. Hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı təsdiqlənib.

Səfər çərçivəsində imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Bu gün Pakistan - Azərbaycan əlaqələri təbii səbəblərdən inkişaf edir və iki ölkəni yaxınlaşdıran bir çox amillər vardır. Əlbəttə, burada son illərdə Azərbaycanın artan diplomatik fəallığı və siyasi nüfuzunun da ciddi rol oynadığı danılmazdır. Prezident Əliyevin son səfəri ilə Pakistan - Azərbaycan əlaqələri yeni bir mərhələyə qədəm qoyub. Hindistan - Ermənistan yaxınlaşması və son illərdə Qərblə münasibətlərin soyuqlaşması Pakistanı Şərq blokuna daha çox yaxınlaşdırıb. Bu onunla eyni siyasi xətti izləyən Türkiyə və Azərbaycanla müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi üçün əsas yaradır. Bu baxımdan, Azərbaycan Prezidenti Pakistana yalnız dost müsəlman ölkəsinin lideri və ya bir tərəfdaş ölkənın başçısı kimi deyil, həm də Pakistanla eyni geopolitik xətdə hərəkət edən müttəfiq və dost ölkənin rəhbəri kimi səfərə gedib.

Bütün bunlarla yanaşı Pakistan və Azərbaycan münasibətləri sadəcə bu günün reallığına əsaslanmır.  Xalqlarımız arasındakı tarixi-mənəvi bağlılıqlar da bu münasibətlərin mahiyyətində özünə yer alır.  Tarixən Qaraqoyunlular, Qızılbaşlar, Əfşarlar və sair türkmən tayfa birlikləri Hind coğrafiyasına İslamı yaymaqla uzun illər bu coğrafiyada müxtəlif dövlətlər quraraq fəaliyyət göstəriblər. Bu gün də Pakistanda bir çox ali rütbəli dövlət xadimləri, generallar, ictimai-siyasi və mədəniyyət xadimləri arasında Azərbaycan əsilli, türkmən tayfalarından olan şəxslər var.

Pakistanın 3-cü prezidenti, general Yəhya xan Qızılbaş, Pakistan kəşfiyyat xidmətinin rəhbəri və prezident katibliyin rəisi olmuş Ağa Şövkət Əli, hüquqşünas, insan hüquqları müdafiəçisi və Pakistan Qadın Fəaliyyət Forumunun qurucu üzvü Şahtac xanım Qızılbaş, Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Sayed Babar Əli, general Hüseyn Mehdi, Pakistanın Baş naziri, maliyyə naziri və Fransadakı səfiri işləmiş Müzəffər Əli Qızılbaş və onlarca digər yüksək vəzifələr tutmuş şəxsiyyətlərin bir qismi türkmən-qızılbaş əsilli, bir qismi isə tarixən Azərbaycan torpaqlarından köçmüş ailələrin nümayəndələri olublar. Bu mənada Pakistan - Azərbaycan münasibətlərinin həm də mənəvi kökləri var ki, bu da münasibətlərin doğmalığını təmin edən əsas amillərdən biri hesab oluna bilər.

Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana səfəri çərçivəsində  o vaxtkı Baş nazir Bənazir Bhutto ilə görüşü zamanı dostluq və əməkdaşlıq, ticarət, vergi, səhiyyə, turizm haqqında sazişlərin əks olunduğu 9 ikitərəfli sənəd imzalanmışdı. 

Prezident İlham Əliyev bu səfərindən öncə  2017-ci ilin aprelində Nəvaz Şərifin hökuməti dövründə Pakistana səfər edib. Bu səfər İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı ilə bağlı olmuşdu. Prezident İlham Əliyevin İslamabada bu günlərdə baş tutan səfəri isə təkcə Azərbaycan və Pakistanın deyil, bütün dünya mətbuatının gündəmində əsas xəbərlərdən birinə çevrildi. Səfər zamanı Prezident İlham Əliyevin təyyarəsinin   Pakistanın Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən qarşılanması və enənədək müşayiət edilməsi, dövlətimizin başçısının  şərəfinə toplardan yaylım atəşi açılması, Azərbaycana və onun liderinə olan dərin hörmətin və ehtiramın təzahürü idi. 

Prezident İlham Əliyevin beynəlxalq səviyyədə geniş maraq doğuran Pakistan səfərini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün başlanğıcı hesab etmək olar.

Cavanşir Feyziyev

fəlsəfə doktoru, Milli Məclisin VI çağırış deputatı



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910