KÖHNƏ VERSİYA            

Bakı-İrəvan danışıqlarında "inanılmaz irəliləyiş" - həqiqət, ya ABŞ-ın blefi?..

Image

Abutalıb Səmədov: “Azərbaycan-Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyişlərin olması barədə deyilənlər, təbiidir ki, həqiqətə uyğun deyil” 

Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"Bu iki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.

Doğrudan da danışıqlarda inanılmaz irəliləyişlər var, yoxsa ABŞ-ın vasitəçilik səylərinin guya çox böyük nəticə verdiyi barədə rəy yaratmaq diplomatiyasıdır?

“Bu, ABŞ hakimiyyətinin seçkiqabağı kampaniyasında istifadə etməyə çalışdığı bir məsələdir”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə  şərhində “Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyişlərin olması barədə deyilənlər, təbiidir ki, həqiqətə uyğun deyil. Çünki bir neçə məsələ uzun müddətdir qalıb. Bu məsələlər hələ də həll olunmayıbsa, irəliləyiş nədən ibarətdir? Məlumdur ki, Ermənistan Almatıda keçirilən danışıqların ilk günündə Qranada prinsipləri barədə bəyanat verdi və Ermənistanın xarici işlər naziri sazişin həmin prinsipləri gözləməklə imzalanacağına inandığını söylədi. Bu da uzun müddətdir Azərbaycanla Ermənistan arasında anlaşılmazlığa gətirib çıxarıb. Yəni elə məsələlər var ki, burda təkid etmək, israr etmək, təbiidir ki, danışıqlara mane olur. Söhbət nədən gedir? Birincisi, Ermənistan tələb edir ki, dövlətlərin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməsi kifayət deyil, ərazinin nə qədər kavadratkilometr olduğu da yazılmalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında, xüsusən də dağlıq ərazilərdə inzibati sərhədlər belə yoxdur, onlar müəyyənləşdirilməlidir. Nə qədər ki, sərhədlər dəqiq müəyyənləşməyib, delimitasiya və demarkasiya işləri aparılamayıb, dəqiq rəqəm göstərmək yanlışdır. İkinci məsələ xəritələrlə bağlıdır. Ermənistan 1975-ci il xəritəsini deyirdi, sonra Qranadada qəbul olunan bəyanatda “son illərin xəritələri” ifadəsi əks olundu. Ancaq məlumdur ki, Azərbaycanla Ermənistan arasında artıq delimitasiya və demarkasiya işləri müəyyən ərazilərdə aparılır və bu zaman 1969-cu ilin və 1976-cı ilin xəritələrindən istifadə olunur. Digər ərazilərdə ola bilər başqa xəritələr əsas götürülsün. Yəni burda təkid etmək, israr etmək, konkret ilin xəritələri əsasında aparılmalıdır demək, təbii ki, yanlışdır. Bunu son delimitasiya və demarkasiya işləri də göstərdi. Nəhayət üçüncü məsələ, Ermənistan kommunikasiyaların açılmasının dövlətlərin suverenliyi, yurisdiksiyası, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında həyata keçirlməsini tələb edir. Yəni Naxçıvandan Azərbaycana gələn kommunikasiya ilə  Ermənistandan Orta Asiyaya gedən kommunikasiyanın eyni statusa malik olmasını tələb edir. Bu da 10 noyabr bəyanatına ziddir”-deyə bildirdi.

A.Səmədovun bildirdiyinə görə, çünki bəyanatda açıq şəkildə yazılıb ki, Naxçıvan-Azərbaycan yolu, dəhliz açılarkən maneəsiz hərəkət əsas götürülməlidir. Burda Ermənistanın hələ güzəştə getmək istəmədiyini deyən A.Səmədov bildirdi ki, Azərbaycan Kalininqrad modelini təklif edir. O bildirdi ki, nəhayət sonuncu ciddi problem Ermənistan konstitutsiyası ilə bağlıdır. Ermənistan konstitutsiyasının dəyişməli olduğunu vurğulayan müsahibimiz qeyd etdi ki, Azərbaycana qarşı olan ərazi iddiaları ordan çıxarılmalıdır. “Ermənistan bəhanə edir ki, əhali bunu qəbul etməyə, referendumu Paşinyan hökuməti uduza bilər və bu da problemlər yaradar. Ancaq Ermənistan konstitutsiyasına görə,  preambulanın dəyişdirilməsi üçün referenduma ehtiyac yoxdur. Bunu Ermənistan parlamenti 3-də 2 səs çoxluğu ilə qəbul edə bilər və Ermənistan hakimiyyətinin də 3-də 2 səs çoxluğu mövcuddur. Yəni əslinə qalsa, burda heç bir referenduma ehtiyac da yoxdur. Sadəcə olaraq, Paşinyan hökuməti öz üzərinə məsuliyyət götürmək istəmir. Əhali ilə işləmək istəmirsə bu onun problemidir. Azərbaycan anlatmağa çalışır, bir tərəfdən sən Qarabağı öz ərazin elan edirsən, o biri tərəfdən də bəyan edirsən ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıyıram. Burda çox ciddi ziddiyyətlər var. Gələcəkdə bu saziş parlamentdə  təsdiq olunarkən ciddi problemlər yarana bilər. Yəni saziş təsdiq olunmaya bilər. Çox təəssüf ki, nə Ermənistana, nə də özümüzün bəzi müxalifətçilərimizə bunları anlada bilməmişik. Ancaq bütün hallarda konstitusiya dəyişməlidir, bunun üçün də referenduma getməyə də ehtiyac yoxdur. Hətta getməyə ehtiyac olsa da əhali ilə işləmək lazımdır, başqa bir variant yoxdur. Çünki sülh sazişi imzalanandan sonra o saziş parlamentdə təsdiq olunmalıdır. Yoxsa qüvvəyə minməyəcək. Təsdiq olunması üçün Konstitusiya Məhkəməsi rəy verməlidir. Bu sazişə Konstitutsiya Məhkəməsi necə rəy verəcək? Onun Ermənistan konstitusiyasına uyğun olduğunu necə əsaslandıracaq? Bütün bunları düşünmək lazımdır. Sazişi tezbazar imzalamaqla sülhə nail olmaq, təbiidir ki, mümkünsüzdür. Belə bir çətinliklər var. Bu baxımdan nə qədər ABŞ bəyan etsə də ki, inanılmaz irəliləyişlər var, bu yalnız ABŞ-ın danışıqlarda uğurlarını qabartmağa xidmət edə bilər. Ola bilsin, bu, Baydenin seçkiqabağı kampaniyasında bu  amildən istifadə etmək üçündür. Heç bir ciddi irəliləyiş yoxdur. Ciddi irəliləyişlərin olması üçün Ermənistana təzyiq göstərilməlidir. Hələlik bu hiss olunmur. Bu səbəbdən Bakı-İrəvan danışıqlarında inanılmaz irəliləyiş barədə verilən bəyanat həqiqətə qətiyyən uyğun deyil. Bu, ABŞ hakimiyyətinin seçkiqabağı kampaniyasında istifadə etməyə çalışdığı bir məsələdir”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA







VİDEO

Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 15:08
Sağ qalan AZAL-ın bələdçisindən EKSKLÜZİV müsahibə: hadisənin CANLI ŞAHİDİ DANIŞDI

27.12.2024 | 14:57
"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəliblər...

27.12.2024 | 14:50
Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

27.12.2024 | 14:35
Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

27.12.2024 | 14:18
Nazir təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirdi

27.12.2024 | 14:10
Ermənistan Xankəndində vəfat edən erməniəsilli şəxsin nəşini qəbul etmir...

27.12.2024 | 13:55
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

27.12.2024 | 13:50
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

27.12.2024 | 13:43
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

27.12.2024 | 13:38
Baş nazir Əli Əsədov Qazaxıstanın Azərbaycandakı səfirliyində olub - FOTO

27.12.2024 | 13:23
Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 13:15
Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləndi

27.12.2024 | 13:03
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 12:52
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluğun əməkdaşları Qroznıdadır

27.12.2024 | 12:43
Nikaraqua Prezidenti və vitse-prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 12:28
Pilotlar və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq...

27.12.2024 | 12:15
Qroznı hava limanı Azərbaycan təyyarəsi vurulduqdan 5 dəqiqə sonra bağlanıb - yeni təfərrüatlar...

27.12.2024 | 12:05
Xüsusi karantin rejiminin müddəti uzadıldı

27.12.2024 | 12:00
ABŞ vətəndaşı casusluğa görə 15 il həbs cəzası aldı - Rusiya FTX açıqlama yaydı

27.12.2024 | 11:37
Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil - Prezident Administrasiyasındakı mənbə

27.12.2024 | 11:20
Milli Məclisin plenar iclası keçirilir - 17 məsələ müzakirə olunur

27.12.2024 | 11:10
Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib

27.12.2024 | 11:05
Dekabr ayının bütün sosial ödənişləri yekunlaşıb - rəsmi AÇIQLAMA

27.12.2024 | 11:00
Fatih Terim “Əl-Şəbab” klubunun baş məşqçisi oldu

27.12.2024 | 10:43
Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib

27.12.2024 | 10:30
Sabunçuda “Mercedes” 61 yaşlı qadını vurub öldürdü

27.12.2024 | 10:29
Qroznıda "təyyarə cinayətinin" arxasında konkret şəxslər var...

27.12.2024 | 10:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi - xanım direktor işdən çıxarıldı

27.12.2024 | 10:15
Bu gün Suraxanı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq

27.12.2024 | 10:10
İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

27.12.2024 | 10:05
Kanadalı nazirlər Trampın görüşünə gediblər

27.12.2024 | 10:00
"Natali Luazonun bu fikirlərini qınayırıq" - İcmadan etiraz bəyanatı

27.12.2024 | 09:50
Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

27.12.2024 | 09:40
ABŞ-da ŞOK HADİSƏ - avtomobildə 4 yaşlı uşaq güllələnib!

27.12.2024 | 09:30
Peru Azərbaycana başsağlığı verib

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031