Əsəd onu Türkiyəyə dəvət edə biləcəyini deyən Ərdoğanın qarşısında şərt qoydu(?)...
Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələr davam edir. Bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi hər an Türkiyə dəvət edə biləcəklərini açıqlayıb.
Əsəd isə Ərdoğanla görüşün müzakirə ediləcək məsələlərdən asılı olduğunu deyib. Əsəd konkret olaraq, Türkiyə hərbi qüvvələrinin Suriya ərazisindən çıxarılmasına gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşəcəyini söyləyib.
“Problem görüşdə deyil, onun məzmunundadır. Görüşün məqsədi nədir? Bu, problemin əsas səbəbləri olan terrora dəstək və türk qüvvələrinin Suriyadan çıxarılmasına son qoyacaqmı? Problemin mahiyyəti budur. Əgər əsas problemin müzakirəsi olmayacaqsa, onda belə bir görüşün nə mənası olacaq?”, – Əsəd bildirib.
Suriya prezidentinin söylədiyinə görə, o, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş istənilən təşəbbüsə müsbət cavab verəcək, lakin onun dediyinə görə, ilk növbədə belə danışıqlar üçün zəmin yaradılmalıdır.
TAHİR