Ərdoğandan Əsədlə bağlı diqqətçəkən açıqlama - Hər an dəvət edə bilərik...
Almaniyadan Türkiyəyə dönərkən jurnalistlərin suallarını cavablandıran prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya münasibətlərinə də toxunub.
Ərdoğan deyib ki, indi elə bir məqama gəlmişik ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi biz də eyni yanaşmanı göstərəcəyik.
"Çünki dünən biz Suriya ilə düşmən deyildik, Əsədlə ailəlikcə görüşürdük. Biz öz dəvətimizi göstərəcəyik. İnşallah bu dəvətlə Türkiyə-Suriya əlaqələrini keçmişdə olduğu nöqtəyə gətirmək istəyirik. Dəvətimiz istənilən vaxt baş verə bilər...
Biz hər yerdə vasitəçilikdən danışırıq, amma niyə sərhədimizdəkilərlə, qonşularımızla olmasın?" - deyə Ərdoğan bildirib.
TAHİR