Orbanın TDT-nin Şuşa Zirvəsində iştirakı Avroittifaq rəhbərliyini narahat etdi
Macarıstanın Baş naziri Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Avropa İttifaqını təmsil etməyib.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin açıqlamasında deyilir.
Bundan əlavə, Avropa İttifaqı, Avropa komissarının dediyi kimi, TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pisləyir.
Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Aİ Şurasına sədrlik edir.
Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT təşkilatının özü heç vaxt Avropa İttifaqını özünün “türk” tərəfdaşı hesab etməyib ki, onun üzvləri və hətta müşahidəçi dövlətlər arasında bütün Avropa İttifaqından bir nümayəndə olsun.
ZÜMRÜD