Macarıstanla Aİ arasında "Rusiya gərginliyi" - Budapeşt alman nazirin səfərini ləğv etdi...
Macarıstan Baş nazir Viktor Orbanın Rusiyaya səfəri tənqid edildiyinə görə, Almaniya xarici işlər nazirinin Budapeştə səfərini və ləğv edib. Almaniya Xarici İşlər Nazirliyi, Budapeştin iki ölkənin xarici işlər nazirlərinin bazar ertəsi keçiriləcək görüşünü əvvəlcədən xəbərdarlıqla ləğv etdiyini bildirib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Avropa İttifaqının xarici siyasəti Orbandan asılı deyil.
Ukraynada müharibə başlayandan bəri ilk dəfə Kiyevə səfər edən Orbanın Moskvaya səfəri həm Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel, həm də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən tənqid edilib.
Mişel deyib ki, Orbanın Aİ adına Rusiya ilə təmas qurmaq səlahiyyəti yoxdur. Borrell isə Orbanın Aİ-ni heç bir şəkildə təmsil etmədiyini bildirib.
Borrelə cavab verən Orban isə deyib: "Bu, Rusiya-Ukrayna müharibəsində sülhün yolunu tapmaqda heç bir nəticə əldə etməmiş Brüssel bürokratik cəfəngiyyatıdır. Müharibəyə son qoymaq istəyiriksə, bürokratik yanaşma yerinə siyasi yanaşmaya ehtiyacımız var”.
Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Putinlə Orban arasında keçirilən görüşdə müzakirə olunan məsələlərdən biri də Ukraynada davam edən müharibə olub.
TAHİR