Hindistanda ildırım vurmasından bir gündə azı 20 nəfər ölüb
Hindistanın Qucarat ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb. Bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, buna səbəb qeyri-adi güclü tufanlar olub.
Qeyd edilib ki, güclü leysan Qucaratın müxtəlif yerlərində əkin sahələrinə ziyan vurub. Hindistan Meteorologiya Departamenti ştatın müxtəlif bölgələrində 16 saat ərzində 50 mm-dən 117 mm-ə qədər yağıntı qeydə alındığını barədə məlumat yayıb.
Mətləb