Salyanda yol qəzası olub
![Image](/uploads/posts/2024-06/17194313305987353260_1200x630.webp)
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Belə ki, minik avtomobillərinin toqquşması ilə nəticələnən qəza Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Hadisə zamanı xəsarət alan Şahzadə Göyçayeva, Fatimə Göyçayeva, Abuzər Göyçayev və Rəşad Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov