Qazaxıstan lideri Prezident İlham Əliyevə minnətdarlığını bildirdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə SPECA tədbirinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışının əvvəlində deyib.
Qazaxıstan Prezidenti həmçinin, Mərkəzi Asiya ölkələrinin liderlərini və tədbirin fəxri qonaqlarını salamlayıb.