KÖHNƏ VERSİYA            

Səfir Sobhani işğalçı erməni silahlısının Azərbaycan torpağında məhv edildiyini unudur...

Image

Faiq Ələkbərli: “İşğalçı erməni əsgərlərinin Azərbaycan ərazilərində məhv edilməsini Sobhaninin faciə sayması göstərir ki, Tehran rejiminin islam dininə, islam əxlaqına heç bir aidiyyəti yoxdur”

Tehran rejiminin Azərbaycana qarşı yeritdiyi qərəzli siyasətin nəticəsidir ki, molla hökumətinin rəsmiləri və diplomatları tez-tez öz bəynatlarında ölkəmizi hədəfə alırlar. 

Özünü islam dininin “dayağı” kimi qələmə verən mollakratiya, əslində, hər zaman Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinə qarşı düşmən münasibət göstərir. Biz bunun növbəti ifadəsini İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin bu günlərdə İrəvanda verdiyi antiazərbaycan açıqlamasında bir daha gördük. 

Ermənistana səfir göndərildikdən qısa müddət sonra Sobhani bu ölkənin maraqlarına uyğun davranışlar sərgiləməyə başladı. Məlum olduğu kimi, Sobhani  bildirib ki, “ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb”.

Qəribədir, Tehran rejimi hər zaman dildə deyir ki, Azərbaycanla dostluq münasibətləridə maraqlıdır.  Belə bəyanatlar verən rejim özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir?

İşğalçı Ermənistanın əsgərlərinin ölümünə göz yaşı tökən, yas tutan Sobhani görəsən bir dəfə özünə sual verirmi ki, erməni hərbiçiləri, əsgərləri Azərbaycan torpaqlarında nə edirdilər? O ərazilərə niyə gəlmişdilər ki, burada da məhv edildilər? 

Maraqlıdır ki, özünü müsəlman, şiə dövləti adlandıran İran İkinci Qarabağ müharibəsində təcavüzkar Ermənistana böyük dəstək verib. 

Azərbaycan əsgərlərinin özünü müsəlman, şiə adlandıran İranın işğalçı Ermənistana ötürdüyü kəşfiyyat məlumatları, hərbi texnika üçün yanacaq və İran üzərindən də daşınan silahlarla öldürülməsi,

İranın birbaşa iştirakı ilə işğal olunmuş Azərbaycan şəhər və kəndlərinin xarabalığa çevrilməsi

İranın Qarabağda təhqir edilmiş dini abidələrin dağıdılmasına susqunluğu da faktdır. Bu faktı danmaq, inkar etmək mümkün deyil. 

“İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb” kimi cəfəng fikirlər səsləndirən Sobhaniyə sual vermək lazımdır ki, sizin 30 ildə Ermənistana verdiyiniz silahlar, verdiyiniz hərbi dəstək nəticəsində öldürülən Azərbaycan əsgərləri necə olsun, niyə bu barədə də danışmırsız? Bu həmin Tehran rejimidir ki, Azərbaycanla sərhəddə təlimlər keçirdi. 30 il ərzində torpaqlarımız işğal altında olan vaxtlar Azərbaycan-İran sərhədini qorumadılar. Sərhədi başlı-başına buraxmışdılar, narkotik ticarəti, qaçaqmalçılıq və sair tüğyan edirdi. Amma Azərbaycan öz ərazilərini işğaldan azad edən kimi gətirib ora qoşun yığdılar və hərbi təlimlər keçməyə başladılar. 32 nəfər hərbi təlimçini müharibədən sonra Qarabağa göndərdilər. Bununla yanaşı əvvəl də, sonra da Ermənistana hərbi dəstək verirdilər, Ermənistanın ərazisindən Qara dənizə çıxış üçün yol çəkmək istəyirdilər. Bəs bunların axırı nə olacaq? Bütün bunlar molla rejiminin əməlləridir ki, bununla bağlı bütün suallar açıqdır. 

“Adında “islam” sözü olan bu rejim 30 il müddətində Ermənistanın müsəlman dini abidələrinə, məscidlərə, müqəddəs ocaqlara qarşı həyata keçirdiyi vandalizm, murdarlama aktlarına bir dəfə də olsun reaksiya vermədi” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran adlanan ölkə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra mütəmadi olaraq bizi təhdid edib, böhtan və iftiralar atıb. “Tehran rejimi zaman-zaman özünü dost, yaxşı qonşu kimi qələmə verməyə cəhdlər etsə də, bu heç zaman alınmayıb, heç vaxt da alınmayacaq. Çünki İran adlanan ölkənin rəhbərliyi müstəqil Azərbayacanın varlığına dözə bilmir, onun varlığını ortadan qaldırmaq üçün istənilən yalana, böhtana, şərə əl atır. Bu anlamda İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycana qarşı yeni ittihamları gözlənilməz deyildi. Çünki səfir öz cəfəng açıqlamasında az qala ikinci Qarabağ savaşını Azərbaycanla Ermənistan arasında getmədiyini iddia edib. Bilirsiz ki, Tehran rejimi bir sıra hallarda bu müharibədə Türkiyənin və İsrailin iştirakını dolayı yolla həmişə iddia edib. Əlbəttə, bu iddia tamamilə qəbuledilməzdir. Ona görə ki, Birinci Qarabağ savaşında da, İkinci Qarabağ müharibəsində də Ermənistana və onun arxasında dayanan hərbi güclərə qarşı Azərbaycan əsgəri döyüşüb və düşməni məhv edib. Azərbaycan əsgərinin qalib əsgər olması Ermənistandan daha çox İran adlanan ölkəni narahat edir. Azərbaycan əsgəri təkcə 10-11 milyonluq əhalisi olan Azərbaycan dövlətinin deyil, bütövlükdə 50-60 milyonluq Azərbaycan xalqının əsgəridir. Amma onlar bunu həzm edə bilmirlər, ona görə də bu cür hədyanlar danışırlar. 

Erməni əsgərinin İsrail silahı ilə öldürüldüyünü iddia edən Sobhani etiraf etsin ki, Azərbaycan əsgərinə güllə atan işğalçı Ermənistan əsgəri də İranın onlara verdiyi, eyni zamanda İran üzərindən daşınan   silahlardan atılan güllə ilə şəhid edilib. Azərbaycan əsgəri öz torpağını işğaldan azad etmək naminə döyüşdü və ərazilərimizi işğaldan azad edərək qalib gəldi. Erməni əsgərlərinin hansı ölkənin silahı ilə öldürüldüyü mühüm deyil, mühüm olanı Azərbaycan əsgərinin işğalçı dövlətinin əsgərlərini öldürməsi, məhv etməsidir ki, bunu əsgərimiz etdi. Bu müharibənin əsas qəhrəmanı Azərbaycan əsgəri oldu və burada əsas rolu bizim əsgərimiz oynadı”-deyə bildirən F.Ələkbərli vurğuladı ki, Azərbaycan öz hərbi sistemini gücləndirmək və müdafiə qabiliyyətini artırmaq  üçün beynəlxalq qanunlar çərçivəsində Türkiyədən, İsraildən, Rusiyadan, ABŞ-dan və başqa ölkələrdən silah, hərbi texnika ala bilər, ancaq burada vurğunu xüsusilə İsrailin üzərinə qoymaq bu çoxüzlülüyün, riyakarlığın nəticəsidir. “Ümumiyyətlə, işğalçı erməni əsgərlərinin Azərbaycan ərazilərində məhv edilməsini Sobhaninin faciə sayması göstərir ki, Tehran rejiminin islam dininə, islam əxlaqına heç bir aidiyyəti yoxdur. Bu nəinki islam əxlaqına, islam dininə, eləcə də insanlığın özünə aid olmayan bir məsələdir. 

İkinci Qarabağ savaşına qədər təxminən 30 illik bir müddətdə erməni əsgəri və onların arxasında dayananların Azərbaycan xalqının başına hansı faciələr açdığı məlumdur. Təkcə Xocalı soyqırımını qeyd etmək kifayət edər ki, dünya erməni vəhşiliyinin, erməni terrorunun, qaniçənliyinin əsl simasını görsün. Amma molla rejimi bunu qeyd etmir. Riyakar, ikiüzlü siyasət yürüdən rejim bir tərəfdən Azərbaycanla dostluq, mehriban qonşuluq əlaqələrindən danışır, digər tərəfdən də ölkəmizə qarşı bu cür qərəzli mövqe tutur, düşmənçilik edir. Erməni əsgərini mifləşdirmək, Azərbaycan əsgərinin qələbəsinə kölgə salmaq istəyirlər, bu isə qəbuledilməzdir. Adında “islam” sözü olan bu rejim 30 il müddətində Ermənistanın müsəlman dini abidələrinə, məscidlərə, müqəddəs ocaqlara qarşı həyata keçirdiyi vandalizm, murdarlama aktlarına bir dəfə də olsun reaksiya vermədi. Ermənilər Qarabağda məscidlərə donuz bağladılar, orada insanlığa zidd olan hər cür əxlaqdan kənar işlər görülər. Amma özünü müsəlman dövlət sayan İran ortaya mövqe qoymadı. Halbuki, o seyrçi qalmamalı idi. Bu bir daha onu deməyə əsas verir ki, Tehran rejiminin dini və siyasi rəhbərliyi üçün islam dininin heç bir əhəmiyyəti yoxdur, onlar üçün öz rejimlərinin ömrünü uzatmaq və Ermənistanın varlığı əhəmiyyətlidir. Fikrimcə, hələ də İran üçün Zərdüştilik, atəşpərəstlik islam dinindən daha önəmlidir. Onların islam dininə, islam əxlaqına, islam dəyərlərinə münasibəti ikiüzlülükdür, maskalanma xarakteri daşıyır. Əslində, ermənilərə də münasibətləri onu göstərir ki, onlar öz işlərini keçmişləri, atəşpərəstlik və Zərdüştlük üzərində qururlar. Ermənilər üçün xristian, İran üçün də müsəlmanlıq bu anlamda heç bir əhəmiyyət kəsb etmir. Görünür, onları birlışdirən hansısa keçmiş amillərdir”-deyə qeyd edən F.Ələkbərli sonda onu da dedi ki, Sobhaninin bu iddiası qətiyyən bir diplomata yaraşmayan haldır, peşəkar diplomat bu cür çiy söz danışmaz. O əlavə etdi ki, səfirin və İran rəsmilərinin antiazərbaycan bəyanatları bu rejimin germək mahiyyətini bir daha ortaya qoyur. 

İradə SARIYEVA







VİDEO

Peskov erməniləri qorxuya saldı - Rusiya bizi də ukraynalılar kimi “qardaşcasına” öldürəcək - VİDEO

İranla Ermənistan arasında gizli silah sazişi ortaya çıxdı - VİDEO

Səfir İranın dəhliz siyasətinin daha aqressiv şəkil aldığını biruzə verdi... - VİDEO

Beynəlxalq səyahətçilər özləri ilə Qarabağdan "çox şey aparırlar"...

Partiyaların fəallığı "0" nöqtəyə dirənib - Allahın press-relizini də yaymırlar...

Azərbaycanın Ermənistana sonuncu saziş təklifindən düz 1 ay keçdi - ermənilər susur...

SON XƏBƏRLƏR

26.07.2024 | 23:48
Peskov erməniləri qorxuya saldı - Rusiya bizi də ukraynalılar kimi “qardaşcasına” öldürəcək - VİDEO

26.07.2024 | 22:25
“Paris-2024”: Azərbaycan idmançılarının möhtəşəm paradı... - VİDEO

26.07.2024 | 22:03
“Okampo kimi rüşvətxor muzdlu xidmətçiləri növbəti məyusluq gözləyir” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

26.07.2024 | 20:41
Paşinyan müxalifəti ordu ilə sıradan çıxaracaq...

26.07.2024 | 20:24
Fransanın 2 "ən güclü" ermənipərəsti toqquşdu - Makron-İdalqo qarşıdurması...

26.07.2024 | 20:08
Trampla bərabər Azərbaycanda da fəallaşanlar var - Elton Məmmədovun üsyankarlığı...

26.07.2024 | 19:51
Ordubad şəhərinin yeni Baş planına yerli ziyalılar necə baxdılar?..

26.07.2024 | 19:33
Qatı antitürk iranşünas Voskanyanın Azərbaycandakı casusları ələ keçdi...

26.07.2024 | 19:17
Daha 2 dövlət Rusiyaya qarşı savaşa qoşulur - Ukrayna artıq tək deyil...

26.07.2024 | 19:00
BMCMİ əməliyyat keçirdi - silah saxlayanlar, narkotiklərin satışını təşkil edənlər... 7 nəfər saxlandı - VİDEO

26.07.2024 | 18:47
Çin ixracatını Azərbaycanın hesabına genişləndirir...

26.07.2024 | 18:32
Fəal vətəndaş cəmiyyəti həqiqi fikir plüralizmindən asılıdır...

26.07.2024 | 18:18
Beynəlxalq səyahətçilər özləri ilə Qarabağdan "çox şey aparırlar"...

26.07.2024 | 18:04
Dünyanın əksər Parlament Assambleyaları 1 sentyabr seçkisinə dəvət olunub - bircə AŞPA-dan başqa...

26.07.2024 | 17:51
84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

26.07.2024 | 17:47
Partiyaların fəallığı "0" nöqtəyə dirənib - Allahın press-relizini də yaymırlar...

26.07.2024 | 17:40
Fransa Olimpiyanın açılışı günü bir-birinə dəydi - dəmir yolu şəbəkəsi çökdürüldü, ardından da bir aeroportda uçuşlar dayandı...

26.07.2024 | 17:33
AB ilə Türkiyənin "dönər müharibəsi" başladı - səbəbkar Almaniyadır…

26.07.2024 | 17:19
Rəsmən təsdiq və bəyan olundu - Ermənistan sürətlə müharibəyə hazırlaşır...

26.07.2024 | 17:06
Azərbaycanın Ermənistana sonuncu saziş təklifindən düz 1 ay keçdi - ermənilər susur...

26.07.2024 | 16:53
Şamaxıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

26.07.2024 | 16:40
Bəzi universitetlərdə illik təhsil haqqı artırıldı - YENİLƏNDİ

26.07.2024 | 16:35
Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada sürət qatarları şəbəkəsi çökdürüldü

26.07.2024 | 16:27
Dünya səyyahları Laçında... - FOTO

26.07.2024 | 16:17
Trampdan Harris haqda ağır sözlər - Ağ Evə daxil olsa... ölkə məhv olacaq...

26.07.2024 | 16:10
Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi

26.07.2024 | 16:07
Prezident Türkiyə ilə imzalanmış sazişi təsdiqlədi

26.07.2024 | 16:02
BMU-da Əlcəzairin Naama Universitet Mərkəzinin rektoru ilə görüş keçirilib

26.07.2024 | 15:54
NATO Ukrayna üzərində Rusiya dronlarını vurmağa başladı... - VİDEO

26.07.2024 | 15:26
Qəlblərdə yaşayan Şəhid Ayxan...

26.07.2024 | 15:09
"Qabiliyyətdən keçən abituriyentlər ixtisas seçimində həm jurnalistika, həm də digər ixtisasları seçə bilərlər" - Cahid İmanov

26.07.2024 | 15:07
Salyanda narkotik satan şəxs yaxalandı

26.07.2024 | 14:55
Polis Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirdi - 34 nəfər saxlandı...

26.07.2024 | 14:33
DİN əməliyyat keçirdi - 70 kq narkotik dövriyyədən çıxarıldı - FOTO

26.07.2024 | 14:17
QAİ erməni quyruğu Okamponu danışdığına peşman etdi - bu cür yaramaz ünsürlər...

26.07.2024 | 14:00
Bank kartlarından oğurluq edən 2 nəfər saxlandı

26.07.2024 | 14:00
Fidan və Lavrov regional prosesləri müzakirə ediblər...

26.07.2024 | 13:52
Tramp Ukraynaya rekord məbləğdə silah tədarükünün yolunu aça bilər – keçmiş dövlət katibindən şok iddia…

26.07.2024 | 13:47
"Ermənistanla danışıqlar davam edir" - Ceyhun Bayramov

26.07.2024 | 13:33
Azərbaycan Somaliyə humanitar yardım göstərməyə hazırdır

26.07.2024 | 13:03
Артак Закарян, полезный военно-политический идиот - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

26.07.2024 | 12:50
Xəzərdə brokonyerlik edən şəxslər saxlandı...

26.07.2024 | 12:08
Ceyhun Bayramov və Somali XİN başçısı əməkdaşlıq məsələlərini müzakirə edib

26.07.2024 | 11:50
Sentyabrın 17-si Harrislə Tramp arasında debat keçirilə bilər

26.07.2024 | 11:36
İranla Ermənistanın 500 milyon dollarlıq "gizli silah anlaşması". Həqiqətmi, feykmi? - CANLI

26.07.2024 | 11:23
Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

26.07.2024 | 11:15
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb" - ABŞ səfitliyindən BƏYANAT

26.07.2024 | 11:06
Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər yaxalanıb

26.07.2024 | 11:00
Bu gündən paytaxt üzrə bağçalara qəbul başlanır

26.07.2024 | 10:30
Qaraçuxurda 63 yaşlı qadını motosiklet vurub

26.07.2024 | 10:20
Borc içində üzürdü, brilyant tapdı həyatını dəyişdi...

26.07.2024 | 10:16
“Boeing” bu işə görə 700 milyon dollar xərcləyəcək - ŞOK RƏQƏM!

26.07.2024 | 10:05
Bu gün Paris olimpiadasının açılış mərasimi olacaq

26.07.2024 | 10:00
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub

26.07.2024 | 09:40
Mingəçevirin bəzi ərazilərində qazın verilişi dayandırılacaq - XƏBƏRDARLIQ

26.07.2024 | 09:31
Parklanmanı səliqəsiz edənlər cərimələnəcək - qapalı park yerlərinə də aid ediləcək?

26.07.2024 | 09:20
Xətai rayonunda 2 avtomobil toqquşub

26.07.2024 | 09:15
Britaniyanın Baş naziri COP29-a dəvət edildi

26.07.2024 | 09:05
"Suriya ərazisinin terrorçulardan təmizlənməsinin tərəfdarıyıq" - Türkiyədən AÇIQLAMA

26.07.2024 | 09:00
21 yaşlı idmançı Olimpiya oyunlarında ilk dünya rekordçusu oldu

26.07.2024 | 08:42
Abortun sürətlə artması İcbari Tibbi Sığorta ilə bağlıdır - BMT Azərbaycana pis göstərici verdi…

26.07.2024 | 08:34
Lerikdə zəlzələ olub

25.07.2024 | 23:54
Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın....

25.07.2024 | 22:47
İranla Ermənistan arasında gizli silah sazişi ortaya çıxdı - VİDEO

25.07.2024 | 20:53
Dünya xəritələrində Xəzərdən Qara dənizə yeni beynəlxalq nəqliyyat marşrutu...

25.07.2024 | 20:38
Paşinyanın "London olayı" XİN başçılarının görüşünü də pozdu...

25.07.2024 | 20:23
Putinin sözçüsünün Ukrayna ssenarisi erməniləri qorxuya saldı

25.07.2024 | 20:08
Şuşa Media Forumu Fransa mətbuatını ifşa etdi – “Le Monde", "Fiqaro" şantaj silahı kimi...

25.07.2024 | 19:52
Mərkəzi Asiya uğrunda rəqabət kəskinləşir - açar ölkə Azərbaycandır...

25.07.2024 | 19:37
İnkişaf etmiş və etməmiş ölkələr iqlimə görə intriqa içindədir - Şuşadan mühüm çağırış...

25.07.2024 | 19:30
Dünya səyyahları Ağdamda erməni vandalizminin şahidi oldular... - FOTO

25.07.2024 | 19:25
Ermənistan Hindistan silahlarının sınaq poliqonuna çevrildi...

25.07.2024 | 19:11
İlham Əliyev - “Biz gözləyirik Ermənistan desin ki..."

25.07.2024 | 18:57
Paris merindən Makrona sərt sözlər - məsuliyyətsiz, ölkəni parçalanmaya sürüklədi…

25.07.2024 | 18:23
Azərbaycanın yeni milli ideyası və gürcü-erməni faktoru...

25.07.2024 | 18:09
Ailə Məcəlləsində islahat hüquqi dövlət quruculuğunun mühüm tələbidir...

25.07.2024 | 17:55
Azərbaycan kredit ittifaqlarında mənfəət tənəzzülü nə ilə bağlıdır…

25.07.2024 | 17:42
Müdafiə Nazirliyindən Ermənistana xərt xəbərdarlıq - təxribatlar dayandırılmasa...

25.07.2024 | 17:33
Kod adı "Şimal şəbəkə" dəhlizi - Azərbaycan Əfqanıstan müharibəsində...

25.07.2024 | 17:20
Azərbaycanın üzərindən Qazaxıstan-Rumıniya kabel xətti - Bakının təşəbbüsü rezonans doğurdu...

XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031