Cümə axşamı günü, 10 iyul 2025
     

“Azərbaycan kəşfiyyatı ilə razılaşdı və Xankəndidə qaldı” - revanşçılar yeni repressiya dalğasına başladı...

Image

Elşad Həsənov: "Qalstanyanın Azərbaycana casusluq etməsi inandırıcı deyil"

Ermənistan hakimiyyətində, dövlət orqanlarında hələ də hökm sürməkdə olan revanşizm elementləri özünü ən müxtəlif istiqamətlərdə bürizə verir. Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər.

Təbii ki, başdan Azərbaycan hökuməti ermənilərə çağırış etdi, qalıb bizim vətəndaşlarımız kimi yaşamaq istəyənlərə şans tanıdığını bəyan etdi. Bəzi ermənilər Azərbaycan hökumətinin çağrışından sonra Qarabağı tərk etməyib orada yaşamaq barədə qərar verdilər. Burada qalmaq istəyən erməni əhaliyə Ermənistanın aidiyyəti qurumları casus damğası vurmağa başladılar, həmin şəxslər Ermənistana getdikdə isə onlara qarşı "Azərbaycan kəşfiyyatı ilə işləyirsiniz", "Azərbaycan kəşfiyyatı ilə razılığa gəlib orada qalmısınız" ittihamı irəli sürüb təqib edirlər, həbsxanaya atırlar.

Qarabağdan İrəvana getmiş Azərbaycanın Xankəndi şəhər sakini Sarkis Qalstanyana qarşı analoji ittiham irəli sürülüb. Sarkis Qalstanyanı "Azərbaycanın kəşfiyyat orqanları ilə əməkdaşlıqda" ittiham edib həbsə atıblar ki, guya o bizimlə aidiyyəti orqanlarla əməkdaşlıq edib

S.Qalstanyanın guya Azərbaycana casusluq etməsi ilə bağlı ibtidai istintaqın başa çatdığı barədə Ermənistan mediasında məlumat yayılıb.  2018-2023-cü illərdə müxtəlif vəzifələrdə, o cümlədən Şuşa rayon icra başçısının müavini işləyən Xankəndi sakini S.Qalstanyan Azərbaycanın xeyrinə "casusluqda" ittiham edilir. Guya o, 2020-ci ilin noyabr ayında xarici dövlətin xüsusi kəşfiyyat xidmətində işləyən şəxslə əlaqə qurub. Guya sonuncudan casusluq tapşırığı alan S.Qalstanyan bununla razılaşaraq, xarici dövlətin xüsusi kəşfiyyat xidmətinin əməkdaşı kimi işə götürülüb və bundan sonra "Sərxan" kod adını alıb. Guya o, "xarici kəşfiyyat xidmətinin əməkdaşının tapşırığı" ilə 2020-2023-cü illər ərzində "Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və xarici təhlükəsizliyinə zərər vurmaq məqsədilə məlumatları toplayaraq Azərbaycanın xüsusi xidmət orqanının əməkdaşına təhvil verib". Guya qondarma "Arsax" əhalisinin vəziyyəti və digər məsələlərlə də bağlı o casusluq edib.  

İddia edirlər ki, 2023-cü ilin sentyabrında ermənilər Qarabağı tərk etdikdən sonra S.Qalstanyan, guya xarici kəşfiyyat xidmətinin əməkdaşından  vəzifə tutmaq təklifi alıb və həyat yoldaşı ilə bərabər Qarabağda qalıb. Sonra isə Ermənistana gəlib və saxlanılıb. 

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 424-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Erməni mediası bir müddət əvvəl S.Qalstanyanın  Azərbaycanın Xankəndi şəhərinə komendant təyin edildiyini yazır. 

Ermənistan tərəf əsassız olaraq iddia edir ki, S.Qalstanyan Azərbaycan kəşfiyyatına söz verib və Xankəndidə qalıb, guya bizim xüsusi xidmət orqanları ilə işbirliyində olub. 

Özləri yazırlar ki, bu adam qondarma, separatçı "Arsax" dövründə Şuşada vəzifə tutub. Azərbaycan Şuşanı işğaldan azad etdikdən sonra bu adam burda qalıb. Ermənistana gedəndə isə ona cinayət işi açıblar. Ermənilər iddia edirlər ki, guya burda ona vəzifə təklif edilib, o da qalıb.  

Ermənistan tərəfin ittihamları ilə tanış olduqda açıq şəkildə gördük ki, burda söhbət heç də kəşfiyyatla əməkdaşlıq məsələsi deyil, sadəcə olaraq, bu bir revanşist yanaşmadır, Ermənistanın Azərbaycanla barışmaq istəmədiyini göstərən bir məsələdir. Kimlər ki, Azərbaycana loyal münasibət göstərib, onların hamısına qarşı Ermənistanda bu cür münasibət var.

Əslində, o adam casus olmayıb, Azərbaycana loyal münasibət göstərən bir adam olub. Deyib ki, müharibə nə qədər davam edəcək, sülh, sakitlik istəyib, o burda qalıb və sonra çıxıb gedib. Bu adamın İrəvanda təqib edilməsi və həbs olunması əslində Ermənistanda hələ o revanşizm ideyalarının, Azərbaycana qarşı qisasçılıq ideyalarının ortadan çıxmadığını göstərən amildir. Hələ demək, Azərbaycanla düşmənçilik aparmaq istəyirlər. Bu adam müharibə istəməyib, barışıq istəyib, qalıb burda yaşamaq istəyib. Baxın, qalıb Qarabağda yaşamaq istəyən adamların başına nə oyun açırlar. Bunu özləri qəsdən ediblər ki, Qarabağdan ermənilərin hamısı getsin. Bunların məqsədi bu imiş ki, Qarabağı ermənilər tamamilə tərk etsinlər. Ermənilərin Qarabağdan çıxıb getməsini özlərinin təşkil etdiyi bir daha ortaya çıxır, təsdiqlənir. Qalmaq istəyənlərin də İrəvana gedən kimi başına bu cür oyun açırlar.  

"Əgər Sarkis Qalstanyan Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etsəydi, bilərdi ki, bu işin üstü axır-əvvəl açılar, ona görə də heç Ermənistana getməzdi, Azərbaycanda, Xankəndidə qalıb işləyərdi" 

Təhlükəsizlik sahəsi üzrə ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, son günlər Ermənistan mətbuatında S.Qalstanyanın casusluq maddəsi ilə həbsi və istintaqın davam etməsi barədə məlumat yayılıb. "Bu cinayət işi çərçivəsində artıq mövcud olmayan qondarma "Arsax respublikasının" keçmiş sonuncu "başçısı" Samvel Şahramanyan da bu cinayət işi ilə bağlı dindirilib. Məsələ nədir? Dünyanın ən qədim peşələrindən biri də kəşfiyyat və əks-kəşfiyyatdır. Bunu nağıllarda da oxumuşuq-"çuğul gəldi, çuğul getdi, "çuğul xəbər gətirdi, xəbər apardı". Yəni bu qədimlərdən olan bir peşədir. Hər bir dövlətin digər dövlətdə agentura şəbəkəsi olur, dövlət maraqlarını həyata keçirmək üçün orda işlər görür. Xüsusilə də düşmən tərəfin, müharibə vəziyyətdində olduğumuz, 30 il torpaqlarımızı işğal altında saxlayan bir ölkənin, təbii ki, adamlarını gizli, məxfi şəraitdə əməkdaşlığa cəlb edirik, onlardan da aldığımız informasiyaları lazımı qədər qiymətləndiririk, öz işimizdə istifadə edirik. Eynilə də onlar bizdən. Yəni bu hər yerdə, hər bir ölkədə var. Qalstanyana gəldikdə, onun casusluq etməsini sübut edəcək nə qədər materialların toplandığını bilmirəm, deyə bilmərəm, sənədlərlə tanış deyiləm. Ancaq inkar etmək olmaz ki, orda kimsə bizə işləməyib. Məhz Qalstanyana gəldikdə isə, onun haqqında yalnız bizim xüsusi xidmət orqanları bilə bilərlər. Ancaq təhlükəsizlik, xüsusi xidmət orqanlarının belə bir məsələsi var, apardıqları işi həddən artıq məxfi şəkildə həyata keçirirlər, heç bir iz buraxılmır ki, qarşı tərəf ondan istifadə edə bilsin. Xalq arasında Qalstanyanın müsbət obrazı yaranmışdı, o,  sülh istəyirdi, hər bir müharibənin də sonunun sülhlə bitəcəyini bilirdi və Azərbaycan ərazisində qalıb işləyən ilk adamlardan biri oldu. Ancaq sonradan nəyə görəsə o çıxıb getdi. Əgər Sarkis Qalstanyan Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etsəydi, bilərdi ki, bu işin üstü axır-əvvəl açılar, ona görə də heç Ermənistana getməzdi, Azərbaycanda, Xankəndidə qalıb işləyərdi. Özü də deyərdi ki, mən Azərbaycan naminə xeyli iş görmüşəm, onu da, necə deyərlər, göz üstə saxlayardıq. Yəni bu mənada Qalstanyanın Azərbaycana casusluq etməsi inandırıcı deyil. O, bizim xüsusi xidmət orqanları ilə əməkdaşlıq etsəydi "qaçqın" kimi Ermənistana getməzdi. Yəni Ermənistan tərəfin belə bir adamın Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə iddiaları bir qədər inandırıcı deyil. Dəfələrlə dediyimiz kimi, Ermənistanda revanşist qüvvələr mövcuddur, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı olanlar var. Bəli, Sarkisyanın, Köçəryanın tərəfdarları, onların adamları, beşinci kolonun üzvləri var ki, onların da sayı elə də çox deyil".    

E.Həsənovun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində, Qazaxın dörd kəndinin geri qaytarılmasında keşiş Baqratın apardığı etiraz aksiyaları zamanı gördük ki, etirazçıların sayı çox azdır, mitinqə ən çoxu 30 min adam gəldi, bu da heç Ermənistan əhalisinin 1 faizi deyil. Yəni bununla hakimiyyət dəyişikliklərinin mümkün olmadığını deyən ekspert bildirdi ki, bu gün Paşinyanın mövqeyi güclüdür, onun komandası güclüdür və əsasən erməni xalqı artıq müharibələrdən bezib, müharibə istəmir. "İkinci Qarabağ müharibəsində onların çoxu övladını itirdi. Bu səbəbdən də onlar Paşinyan hakimiyyətinə dəstək verirlər, onun siyasətini bəyənirlər. Çünki Paşinyan müharibədə uduzsa da, onu yenidən Baş nazir seçdilər. O, Azərbaycanla daha müharibə etmək istəmədiyini və sülh müqaviləsi bağlanmasını istədiyini deyir. Belə başa düşürəm, Paşinyanın apardığı siyasətə ABŞ və Qərb də təsir göstərir ki, mifik "Böyük Ermənistan" xülyasından əl çəkmək lazımdır, Ermənistan reallığı dərk etməlidir, real mövqedən çıxış etməlidir. Bunu da artıq Ermənistanın Baş naziri dilə gətirir ki, bizim 28 min 473 kvadtatmetrlik ərazimiz var və biz də bu reallıqdan çıxış etməliyik. Ancaq təəssüf ki, Azərbaycanın onlara verdiyi tövsiyələr tam yerinə yetirilmir, hələlik konstitutsiyanın dəyişməsi üçün referendum çağırmayıblar. Biz də bildirmişik ki, konstitutsiya olmasa biz sülh müqaviləsi bağlamayacağıq. Yəni Ermənistanda müəyyən qüvvəllər var ki, sülh  müqaviləsinin bağlanmasını istəmirlər. Bu mənada, bizimlə gözə görünməyən müharibəni bu gün də davam etdirirlər. Sarkis Qalstanyanın tutulması da bu məqsədə xidmət edən məsələdir. Onun nə ilə bağlı casusluq etməsini, Azərbaycana hansı informasiyaları verməsini Ermənistan sübut edə biləcəkmi? Bilmirəm. Olubmu belə şey? Bunu demək çox çətindir, mümkün deyil. Əgər o bizim kəşfiyyatla əməkdaşlıq edibsə verdiyi materialar Ermənistanın əlində yoxdur, onu nə ilə sübut edirlər? Bu baxımdan, çox çətin məsələdir. Hesab edirəm ki, eyni ittihamla gələcəkdə artıq mövcud olmayan qondarma "Arsaxın" keçmiş "başçısı" Samvel Şahramanyanı da tuta bilərlər, digər "nazirlər də" həbs oluna bilər. Yəni vaxtilə Azərbaycan Prezidenti Laçında laçınlılarla  görüşəndə separatçılara çağırış edərək bildirmişdi ki, "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar, ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Amma onlar buna əməl etmədilər. 2023-cü ilin 1 günlük antiterror tədbirləri nəticəsində separatçı ünsürlər silah-sursatlarını təhvil verib çıxıb getdilər, həmin qanunsuz qurumun "rəhbərliyi" ermənilərə çağırış etdi ki, çıxın gedin və buna görə də həmin Şahramanyan, onun "kabineti" məsuliyyət daşıyır, ola bilsin, gələcəkdə onlar da cinayət məsuliyyətinə cəlb edilsinlər.

Ermənistanın apardığı revanşist siyasət nəhayət ifşa olundu, Azərbaycan öz güclü ordusu ilə torpaqlarını işğaldan azad etdi..." - deyə E.Həsənov vurğuladı.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910