Borc içində üzürdü, brilyant tapdı həyatını dəyişdi...
Hindistanın mərkəzi Madhya Pradeş əyalətindəki mədəndə nəhəng brilyant kəşf edən işçi Radcu Qaudanın taleyi bir gecədə dəyişib. Rbc.ru bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, 19.22 karatlıq qiymətli daş ona hökumət hərracında təxminən 95 min dollar gəlir gətirə bilər. Məlumata görə, Radcu Qouda torpağı qazmaq və onu süzgəcdən keçirmək işinə düzəlib. Onun bir gün sərvət tapacağı ağlına belə gəlməyib.
Tapıntını dərhal aidiyyəti qurumlara təhvil verib. Rəsmilər daşın yüksək keyfiyyətinə malik olduğunu təsdiqləyiblər. İndi brilyant açıq hərracda satılacaq. Satışdan əldə edilən bütün gəlirlər, vergilərdən sonra, Qaudaya veriləcək.
Mətləb