KÖHNƏ VERSİYA            

Ermənistan Hindistan silahlarının sınaq poliqonuna çevrildi...

Image

Hindistan və Ermənistan arasında hərbi müstəvidə əlaqələrin genişlənməsi təkcə Azərbaycanda yox, elə Rusiyada da ciddi şəkildə izlənilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, hazırda hind silahlarının əsas alıcılarından biri qismində məhz Ermənistan çıxış edir. Hindistan hökuməti bildirib ki, Ermənistanın Hindistanın silah istehsalçıları ilə son bir neçə ildə imzaladığı müqavilələrin ümumi dəyəri 600 milyon dollara çatıb.

Rusiyanın TASS xəbər agentliyi Hindistanın Maliyyə Nazirliyinə istinadla yazır ki, Ermənistan bu ölkənin silah istehsalçıları ilə “Pinaka” zenit-raket sistemlərinin və “Akash” antitəyyarə qurğularının alınmasına dair müqavilələri imzalamaqla Hinsdistan silahının ən böyük idxalçısına çevrilib. “Indian Aerospace Defense News” saytı 2024-2025-ci illər üçün 600 milyon dollar rəqəmini təsdiqləsə də, müqavilələrin təfərrüatlarına varmayıb. Qarabağda 2020-ci il müharibəsindən bəri Ermənistan Hindistanla ikitərəfli hərbi əməkdaşlığını dərinləşdirib. Bəzi məlumatlara görə, milyonlarla dollarlıq kontraktlarda təkcə “Pinaka” sistemlərinin deyil, haubitsaların, tank əleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub. Hindistanın müdafiə mövzularında xəbərlər yayan bir saytı ötən sentyabrda yazmışdı ki, Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır. Bu da xəbər verilirdi ki, onlardan 6-sı artıq Ermənistana çatdırılıb. Bu ilin may ayında İrəvanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan “müdafiə məsləhətləşmələri” keçirilib. Tərəflərin yaratdığı “işçi qrup” 2024 və 2025-ci illər üçün birgə hərəkət planını hazırlayır. İrəvanla Nyu Dehli arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, hərbi təlimlər, o cümlədən “taktiki məşqlər” və “təcrübə mübadiləsi” daxildir. Xatırladaq ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb. 2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir. 2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. İrəvanın Fransanın “Thales” şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. İrəvan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Lakin erməni rəsmiləri ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb. Rusiyanın Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov Ermənistanı Hindistan və Fransa silahlarını almaqdansa, başqa istiqamətlərdə düşünməyə çağırıb: “Ermənistanın alqı-satqısı başı qoparılmış ilana bənzəyir və mənasız ziqzaqlar yaradır, Fransada nəsə ələ keçirməyə çalışır, Hindistanda nə isə dəhşətli cəhənnəmdir. Bunların gösəriciləri Latın Amerikasında vertolyot qəzalarıdır. Hindistan bir vaxtlar silahlarını hətta pulsuz “satmağa” da hazır idi və ilk olaraq onları  Ermənistan aldı”. O, hind silahları ilə bağlı baş verənləri mənasız hesab edir. Puxov qeyd edib ki, daha az açıqlanan, lakin effektiv silahlar var, məsələn, serb mərmiləri və ya Bolqarıstan tank əleyhinə qumbaratanları: “Hazırda Rusiya Ermənistanı bəzi silah növləri ilə təmin edə bilməz, lakin unikal hərbi təcrübə verə bilər. Nə Hindistan, nə də Fransa bu təcrübəni təmin edə bilməz, çünki onlar özləri bu məsələdə körpədirlər”. Puxov Ermənistana maliyyəni bir neçə hərbi layihənin həyata keçirilməsinə cəmləməyi, resursları onlarla sövdələşməyə səpələməməyi tövsiyə edib. Qeyd edək ki, Hindistan hazırda qlobal silah bazarında satıcı deyil, alıcı kimi tanınır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu qeyd edi rki, müəyyən illər ərzində Hindistan dünyanın ən böyük silah idxalçısı olub. 2014-2018 və 2019-2023-cü illər arasında Hindistan silah idxalını 4,7% artırıb və son 20 ildə onların alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib. Yəni Ermənistana silah satan Hindistan özü də başqa ölkələrdən silah alır və raket, təyyarə və hərbi gəmilərin istehsalı üçün lazım olan kritik texnologiyalara malik deyil. Əksinə, Hindistan silah almaqla onların istehsalı üçün istifadə olunan texnologiyaları da əldə etməyə çalışır. Hindistan ordusunun silah arsenalının 65%-i Rusiyadan alınan silahlardan ibarətdir. Bu fonda Hindistanın Ermənistana satdığı və döyüş sınaqlarından keçməmiş eksperimental silahların əksəriyyətinin – “Akash hava hücumundan müdafiə sisteminin, ATAGS haubitsalarının və “MARG 155” özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi şübhələr yaradır. Hindistanın Ermənistanı bu silah və texnikanın sınaq poliqonu kimi qəbul etməsi də diqqətdən yayınmır. Digər tərəfdən, Ermənistan Hindistandan yüksək qiymətə və keyfiyyət zəmanəti olmadan silah alır.  Burada Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın bir müddət əvvəl dedikləri də xüsusi diqqət cəlb edir. Mövcud hakimiyyətin hərbi-siyasi sahədə siyasətini tənqid edən Karapetyan Hindistandan alınan silahların bir ildir Ermənistanda olduğunu, lakin yararsız vəziyyətdə olduğunu bildirib: “Mənim sənədim var ki, artıq bir ildir ki, Hindistan istehsalı olan silahları təmir edib istifadəyə yararlı vəziyyətə gətirmək mümkün deyil”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031