KÖHNƏ VERSİYA            

İlham Əliyev - “Biz gözləyirik Ermənistan desin ki..."

Image

Qasım Hacıyev: “Bu mesajın böyük mənası var və Ermənistan rəhbərliyi bunun ciddiliyini və vacibliyini anlamalıdır, Qərbi azərbaycanlıların geri qayıdışı istiqamətində addım atmalıdır”

“...Mən əminəm ki, həmin gün mütləq gələcək. Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək. Mən bu barədə dəfələrlə danışanda, təbii ki, erməni diasporunun nəzarətində olan beynəlxalq müstəvilərdə məni az qala işğalçı fikirlərə düşməkdə ittiham etməyə başladılar. Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir”.

Bu fikirləri Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumda Maksim Şevçenkonun “Sovet İttifaqının süqutundan sonra 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən qovulub. Sualım belədir, biz azərbaycanlıların öz Vətənlərinə, heç olmasa, qonaq kimi gələ bildiyi günü görə biləcəyik? Bu prosesdə hər hansı irəliləyiş olacaqmı? Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi”sualını cavablandırarkən deyib. 

“Ermənistan nəhayət ki, xaricdə oturan ağalarının sözündən çıxmalıdır, müstəqil davranış göstərib azərbaycanlıları geri qaytarmalıdır” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, artıq Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi təkcə bizi deyil, başqalarını da düşündürür: “Maksim Şevçenkonun verdiyi suala Azərbaycan Prezidenti çox nikbin cavab verdi və bildirdi ki, mütləq o gün gələcək, Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqlar. Bu mesajın böyük mənası var və Ermənistan rəhbərliyi bunun ciddiliyini və vacibliyini anlamalıdır, Qərbi azərbaycanlıların geri qayıdışı istiqamətində addım atmalıdır. Bütün dünya ermənilərin etnik təmizləmə və deportasiya cinayətlərindən xəbərdardır. Dünya bilir ki, Qərbi azərbaycanlılar öz evlərindən qovulublar, zorla çıxarılıblar”.

Q.Hacıyevin sözlərinə görə, uzun illərdir ermənilərin bu cinayətlərini onlara havadarlıq edən məlum dövlətlər, beynəlxalq siyasi mərkəzlər riyakarcasına ört-basdır etməyə çalışsalar da, yenə də dünya bundan xəbərsiz qalmayıb. İndiki Ermənistan ərazisinin erməni torpağı olmadığını qeyd edən Q.Hacıyev bildirdi ki, bəzi jurnalstlər, alimlər, yazıçılar, siyasətçilər bunu bildikləri halda ermənilərin maraqlarını müdafiə etməkdən qalmırlar. O torpaqların nə tarixi, nə hüquqi, nə də digər baxımdan ermənilərə aidiyyatı olmadığı halda vaxtilə onların ora yerləşdirildiyini deyən Q.Hacıyev hesab edir ki, Ermənistan dövləti azərbaycanlıların, yerli əhalinin geri qayıdışını təmin etməlidir. “Ermənistan nəhayət ki, xaricdə oturan ağalarının sözündən çıxmalıdır, müstəqil davranış göstərib azərbaycanlıları geri qaytarmalıdır. Cənubi Qafqazda sülhün, din və yanaşı yaşamağın bir yolu da bu məsələdən keçir ki, Ermənistan öz üzərinə düşən öhtəlikləri yerinə yetirsin, Qərbi azərbaycanlıların geri qayıdışını və onların dinc, təhlükəsiz yaşayışını təmin etsin”.

Bu gün bir sıra beynəlxalq təşkilatların, hətta bəzi dövlətlərin Qarabağdan könüllü köçüb getmiş ermənilərlə bağlı Azərbaycana çağırışını absurd sayan Q.Hacıyev bildirdi ki, ermənilərin onlara aid olmayan Qarabağa qayıdışını istəyənlər mütləq şəkildə azərbaycanlıların öz tarixi yirdlarına, boş qalmış ev-eşiklərinə qayıtması məsələsini də tələb kimi Paşinyan hökumətinin qarşısına qoymalıdır. Q.Hacıyevin bildirdiyinə görə, ermənilər Qarabağda yaşadığı dövrdə heç zaman rahat dayanmayıb, separatzimlə məşğul olub, azərbaycanlılara qarşı hər cür cinayət törədiblər, onlar bunu xaricdəki maliyyə dəstəkçilərinin, sponsorlarının hesabına ediblər. Q.Hacıyev bildirdi ki, ermənilər Qarabağa qayıtsalar onların burada dinc dayanacağına, yenidən bizə qarşı əllərinə silah götürüb vuruşmaycaqlarına, torpaq iddiasına düşməyəcəklərinə nə Ermənistan, nə də onların xaricdəki ağaları təminat verə bilər. “Ermənilər nə Qarabağda, nə də Ermənistanda yerli əhali deyil, hamı bilir ki, onlar bizim torpaqlara, bütövlükdə Cənubi Qafqaza XIX əsrin əvvəllərində köçürülüb məskunlaşdırılıb. Ermənilərin tarixi vətəni Qafqazda deyil, gedib başqa coğrafiyalarda özlərinə vətən axtarsınlar. Amma azərbaycanlılar indi Ermənistan adlanan ölkənin yerli sakinləridir. Ora bizim tarixi torpağımızdır.  

Qərbi azərbaycanlıların geri qayıdışı mütləqdir. Bu gün ermənilərin Qarabağa qayıdışı barədə çağırış etməyə vaxt itirməkdənsə, bütün dünya öz ata – baba torpaqlarından, qədim ərazilərimizdən zorla qovulan  yüzminlərlə Qərbi azərbaycanlının öz tarixi vətənlərinə qayıdışını aktuallaşdırmalıdır, bu məsələ müzakirə olunmalıdır. Beynəlxalq tribunalardan Ermənistana çağırışlar edilməlidir ki, azərbaycanlıları geri qaytarın. 

Bunu tələb etməyə Azərbaycan dövlətinin, Azərbaycan xalqının çox böyük haqqı var. Ermənilər haqsız olaraq Qarabağa qayıtmağı tələb edirlər, amma  azərbaycanlılar  öz haqqları çatdığı torpaqlara, evlərinə qayıtmalıdır. Bütün dünya da bunu dəstəkləməlidir. Çünki bu qədər haqsızlıq ola bilməz. XX əsrdə yüzminlərlə azərbaycanlının indiki Ermənistandan deportasiyası çox acı insan faciələrinə səbəb oldu. Evlərindən qovulan azərbaycanlıların tapdalanmış hüquqalarının bərpasına dünya dəstək göstərməlidir. Ermənistanda onların qayıtmasına şərait yaradılmalıdır, revanşizmdən əl çəkilməlidir. Azərbaycanlılar hər zaman sülh, dinc yaşayış tərəfdarı olub, bu gün də o cürdür. Soydaşlarımızın istəyi öz ata-baba evlərinə qayıtmaqdır, ermənilər kimi əsassız iddialarda deyillər”.

Q.Hacıyev bildirdi ki, ermənilər də qayıtmaq istəyirlərsə, bizim torpaqlarda yaşamaq arzusundadırlasa, revanşizmdən, separatzimdən imtina etməli, Azərbaycan vətəndaşları kimi, dövlətimizin qanunlarına tabe olub yaşamaıldırlar, əks halda mümkün deyil. “Hesab edirəm ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına “Böyük Qayıdışı”  çox əhəmiyyətlidir. Paşinyan həqiqətən də sülh istəyirsə azərbaycanlıların qayıdışına yönəlik addımlar atsın”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031