Trampdan Harris haqda ağır sözlər - Ağ Evə daxil olsa... ölkə məhv olacaq...
Kamala Harris Ağ Evə daxil olarsa, o, Ağ Evi tutacaq ən radikal, ifrat solçu ekstremist olacaq, Ağ Evdə heç vaxt belə dəli olmayıb. Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Şimali Karolinada tərəfdarları ilə görüş zamanı deyib.
Bu, Baydenin seçkidə iştirakdan imtina etməsindən sonra Trampın seçki kampaniyasının ilk toplantısıdır. Tramp bildirib ki, Demokratları məğlub etmək lazımdır, çünki digər halda ölkə qalmayacaq.
“İndi məğlub etməli olduğumuz yeni qurbanımız var, yalançı Kamala. Amerika tarixinin ən səriştəsiz və solçu vitse-prezidenti. İndi Baydendən daha pis olanı gətirdilər, çünki Bayden saxta liberaldır. Bayden elə də liberal deyildi. O, saxta idi. Kamala Harris əsl liberaldır. Onun yeni xətti var, bilirsiniz o, “prokuroram” deyir. O, tarixin ən pis prokurorlarından biridir. San-Fransiskonu məhv etdi. Onların kampaniyası deyir, “mən prokuroram və o məhkumdur”. Bu onların kampaniyasıdır. İnsanların aldanacağını düşünmürəm. Əgər Kamala sizi Baydenin qabiliyyətsizliyi ilə bağlı belə arsızcasına aldatdısa, o zaman o, istənilən şeydə sizi aldadacaq. Ona heç vaxt etibar etmək olmaz. Fırıldaqçı Bayden kimi, Kamala Harris də liderlik üçün yararsızdır. Bir il ərzində ölkəmizi məhv edəcək. Bu ölkə məhv olacaq. Kamala üçün səs vermək daha dörd il vicdansızlıq, səriştəsizlik, zəiflik və uğursuzluq üçün səs verməkdir” – deyə Tramp bildirib.
TAHİR