KÖHNƏ VERSİYA            

Paşinyan müxalifəti ordu ilə sıradan çıxaracaq...

Image

Ermənistanda hökumətə qarşı etiraz aksiyaları keçirən keşiş Baqrat Qalstanyan bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhələsinə hazırlıq gedir. Keşiş onu da bəyan edib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və dəstək almaq, onların əhvali-ruhiyyəsinin nə olduğunu anlamaqdır. Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq.

O əlavə edib ki, mübarizənin təfərrüatları nə qədər çox üzə çıxarsa, hakimiyyət onu yatırmağa hazırlaşmağa bir o qədər çox səy göstərir. Arxiyepiskop faktları daha sonra dərc edəcəyinə söz verərək, istənilən halda aktiv mübarizənin olacağını təsdiqləyib.

Keşiş İrəvanın müxtəlif rayonlarının sakinləri ilə gözlənilən görüşlərdən danışaraq bildirib ki, hərəkatın ən mühüm komponenti insanlara baş çəkmək və onlara dəstək olmaqdır. Keşişin sözlərinə görə, mübarizə yalnız özü və hərəkatın bütün iştirakçıları öləndən sonra bitəcək. Hesab olunur ki, bu halda baş nazir Nikol Paşinyan daha radikal üsullardan istifadə etməklə aksiyaları dağıda bilər. Hətta bu məqsədlə ordudan da istifadə oluna bilər. ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyinə nümayəndəsinin təyin edilməsini bununla əlaqələndirənlər də var. Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını bildirib. O vurğulayıb ki, Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın prinsipcə yeni mərhələsi başlayır. ABŞ-ın Ermənistandakı səfirliyi sözügedən məsələ ilə bağlı açıqlama verib: “ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyinə nümayəndəsini təyin etməklə Vaşinqton İrəvana təhlükəsizlik sektorunun idarə edilməsinin təkmilləşdirilməsinə dəstək vermək niyyətindədir ki, bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək”. Səfirlik bildirib ki, ABŞ ordusunun nümayəndəsi mülki məsləhətlər verəcək və ABŞ ordusu və ya Müdafiə Nazirliyi deyil, Dövlət Departamenti tərəfindən maliyyələşdiriləcək: “Məsləhətçi Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə kömək edəcək. Məsləhətçi Ermənistanda işləyəcək, ABŞ-ın Ermənistandakı səfirliyi və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələrə malik olacaq”. Amma erməni hərbi ekspert Hayk Nahapetyan bildirib ki, əslində ABŞ Ermənistan Silahlı Qüvvələrini idarə edəcək bir şəxsi göndərir. Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisi bu işçiyə hesabat verəcək:
 “Əgər işçinin vəzifə təlimatında “mülki” sözü yazılıbsa, bu onun kəşfiyyat işləri aparmayacağı anlamına gəlmir. Məsələn, Aİ-nin Ermənistanda yerləşən müşahidəçiləri barəsində də “mülki” sözü qeyd edilib, lakin onların hamısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır”. Nahapetyan, “ordu” portalının məlumatına əsasən, amerikalı rəsminin Ermənistan ordusunda işlədiyinə görə ABŞ Dövlət Departamentindən maaş alacağına diqqət çəkib: “ABŞ ordusunun nümayəndəsi olsaydı, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsi olsaydı, həmin struktur tərəfindən maliyyələşdirilərdi. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir, Dövlət Departamenti isə ABŞ tərəfindən işğal olunmuş dövlətləri istismar və idarə edən bir qurumdur. Ciddi problemlər yaranacaq. Rusiya bu təyinatın mənasını anlayır.

Yeri gəlmişkən, görünən odur ki, ABŞ-dan olan bu dövlət məmuru Ermənistandakı Silahlı Qüvvələrin küçələrdə nümayişlərin dağıdılması prosesinə cəlb olunmasını əlaqələndirəcək. Ermənistanda keçiriləcək bu hərbi təlim zamanı sülhməramlılar briqadasının əsgərləri nümayişləri dağıtmağı və sivil proseslərdə iştirak etməyi öyrənəcəklər. Paşinyana yaxşı fiziki qabiliyyətə malik, xüsusi vasitələrlə silahlanaraq nümayişləri dağıtmaq üçün motivasiyaya malik bir neçə yüz güclü insan lazımdır. Yeri gəlmişkən, bu, Paşinyanın deyil, ABŞ-ın qərarıdır, çünki Paşinyan oktyabr-noyabr aylarında Azərbaycana ciddi güzəştlər edəcək və bu, Ermənistan vətəndaşlarının kəskin narazılığına səbəb olacaq”. “Qraparak” nəşri yazır ki, bu, ABŞ-ın Ermənistan dövlət orqanlarında kadr yerləşdirmək üçün ilk cəhdi deyil. Uzun illər Ermənistanın Fövqəladə Hallar Nazirliyində işləmiş adı açıqlanmayan şəxs Vaşinqtonun 2003-cü ildə nazirliyə adam yerləşdirməyə çalışdığını deyib. Həmin il Ermənistan FHN ilə ABŞ-ın Kanzas ştatının Milli Qvardiyası arasında fəal əməkdaşlıq yaradılıb. Dövlət sistemində xarici vətəndaşların işə götürülməsi istiqamətində təlimlər, seminarlar keçirilib. Məlumata əsasən, Ermənistanda hakimiyyət dəyişikliyindən bir il sonra - 2019-cu ildə psixoloji xidmət göstərən Amerika özəl şirkəti FHN-in xilasetmə xidmətinin psixoloqlarına təlim keçməyi təklif edib. Şirkət bunun qarşılığında amerikalı ekspertlərin nazirliyə gəlib erməni psixoloqların fəaliyyətini izləməsi, daxil olan zənglər, mesajlar barədə onlara məlumat ötürülməsi şərtini irəli sürüb. İrəvan hakimiyyəti proses barədə ətraflı məlumat verə biləcəyini, lakin nazirliyə kənar şəxslərin yerləşdirilməsinə ehtiyac olmadığını deyib. Şirkət isə bununla razılaşmayıb və nümayəndə göndərməkdə israr edib. Əslində, İrəvanın bu qərarı rədd etməsi Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarına görə olub. Onlar məsələnin mahiyyətini başa düşüb, amerikalıların təklifini qəbul etməyiblər. Maraqlıdır ki, həmin ABŞ şirkətinin qurucusu və rəhbəri erməni qadın olub. Nəşr yazır ki, Ermənistan FHN və DİN-də bir çox gizli məlumatlar var. Bu səbəbdən amerikalıların nazirliklərə daxil olması arzu edilmirdi. Lakin ABŞ ordusunun rəsmisinin birbaşa Ermənistan Müdafiə Nazirliyinə gəlməsi bütün vəziyyəti tamamilə dəyişəcək. İndilikdə Ermənistan Rusiya ilə münasibətləri özünün gələcək təhlükəsizliyinin təminatı baxımından sıfırlamağa niyyətlidir. ABŞ rəsmi İrəvanla müttəfiqlik səviyyəsində münasibətlərini belə davam etdirsə, NATO qüvvələrini Ermənistanın ərazisində yerləşdirmək ehtimalı yaranır. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031