NATO Ukrayna üzərində Rusiya dronlarını vurmağa başladı... - VİDEO
NATO müttəfiqi Rumıniya Ukrayna hava məkanında Rusiyanın kamikadze PUA-larını vurub. Bu barədə "Viseqrad" adlı yerli xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, NATO dövləti Ukrayna hava məkanında Rusiya pilotsuz təyyarələrini vurmağa başlayıb. Bununla bağlı yayılan video görüntülərdə Rumıniyanın İzmail yaxınlığında Rumıniyanı Ukraynadan ayıran çay boyunca rus pilotsuz təyyarələrini vurduğu görünür.
Qeyd edilir ki, Rumıniya, ən azı 1 kamikadze dronunun ərazisinin 11 km dərinliyinə girməsi və digər dronların da eyni istiqamətə doğru uçmasından sonra hərəkətə keçib.
Bu xəbərin ardından Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Rusiyaya məxsus dronların qalıqlarını Rumıniya ərazisində tapdıqlarını təsdiqləyib. Nazir, Rumıniyanın insidentlə bağlı müttəfiqlərini məlumatlandırdığını bildirib.
“Rusiya Ukraynanın mülki infrastrukturuna qarşı növbəti dəhşətli hücum həyata keçirdi. Qalıqlar Rumıniya ərazisində tapıldı. Sözügedən məsələ ilə bağlı müttəfiqlərimizi məlumatlandırmışıq və onlarla koordinasiyadayıq. Rumıniya bu məsuliyyətsiz hərəkətləri qətiyyətlə qınayır” – rumıniyalı diplomat “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Rusiya “Shahed” dronları ilə Ukraynanın cənub istiqamətində hücum həyata keçirib və bu zaman Dünya çayı üzərində yerləşən İzmail limanı bombalanıb. Rusiyanın Odessa vilayətinə hücumu zamanı Rumıniya “F-16” qırıcılarını havaya qaldırıb. Həmçinin, Ukrayna ilə sərhəddə yerləşən və dronların qalıqlarının düşə biləcəyi Plaurus qəsəbəsinə mütəxəssislər göndərilib.
TAHİR