Sentyabrın 17-si Harrislə Tramp arasında debat keçirilə bilər
ABŞ-ın vitse-prezidenti Kamala Harrislə keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp arasında sentyabrın 17-də Pensilvaniyada ilk debat keçirilə bilər.
Demokratlar Partiyasının real namizədi Kamala Harris Trampa debata hazır olduğunu açıqlayıb. O, eyni zamanda Trampı “ABC News” tərəfindən sentyabrın 10-da təşkil olunması planlaşdırılan debatla bağlı geri addım atmaqda günahlandırıb. Tramp isə “Fox News”un keçirəcəyi debatı üstün tutduğunu deyərək Harrislə 2 debata hazır olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 10-u üçün nəzərdə tutulmuş debat Trampla Bayden arasında baş tutmalı idi.
NAMİQ