KÖHNƏ VERSİYA            

Beynəlxalq səyahətçilər özləri ilə Qarabağdan "çox şey aparırlar"...

Image

Səyyahlar dünya tarixində çox əhəmiyyətli rola malikdirlər. Qədim dövrlərdən başlayaraq indiyə qədər səyyahların ölkələr, xalqlar, mədəniyyətlər, təbiət haqqında topladıqları maraqlı məlumatlar dünya tarixinə böyük töhfələr verib. Azərbaycan əski zamanlardan dünya səyyahlarının diqqət mərkəzində olub və onlar ölkəmiz barədə çox maraqlı məlumatları tarixin səhifəsinə köçürüblər. 

Bu gün də səyyahlar ölkəmizə, xüsusən də işğaldan azad edilmiş ərazilərimizə böyük maraq göstərirlər. Bu günlərdə “Most Traveled People” (MTP) səyahət klubunun rəhbəri də daxil olmaqla 35 nəfərlik geniş heyətin Qarabağa səfəri dediklərimizi bir daha təsdiqləyir. 

Məlum olduğu kimi, dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Bu, klub üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bu səfər isə bu qəbildən olan sayca 11-cidir. 

MTP səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda da iştirak edib. O, həmin forumda “feyk nyus”ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.

Dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə də tanış olub. Eyni zamanda Ağdamda erməni vandalizmini öz gözləri ilə görüblər. Əlbəttə, Xankəndi, Xocavənd, Cəbrayıl, Şərqi Zəngəzur səfərində də həm erməni vandalizminin izlərinə şahidlik ediblər, həm də aparılan tikinti-quruculuq, bərpa işləri ilə tanış olublar. 

Təbii ki, bu səyyahlar öz ölkələrinə döndükdən sonra gördükləri gerçəkləri olduğu kimi çatdıracaqlar. Bu səyyahların arasında şair, yazıçı, rəssam, heykəltəraş var. Azad ərazilərimizdə gördükləri mənzərələri əsərlərə köçürə, rəssamlıq nümunələri yarada bilərlər. Yəni məsələ onların gördüklərinin sənət əsərlərinə köçürülməsidir ki, bu çox maraqlı olardı. Həm də dünyaya gerçək bir informasiya vermək baxımından böyük əhəmiyyət daşıyardı. 

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, dünyanın bir sıra qədim və orta əsr, eləcə də müasir səyyahları Azərbaycanda olublar. Məsələn, tanınmış norveçli səyyah, məşhur etnoqraf və alim-antropoloq Tur Heyerdalın Azərbaycana səfəri, ölkəmiz haqda dedikləri çox qiymətli mənbə rolunu oynayır. Məsələn, Tur Heyerdal 1980-2000-ci illər arasında bir neçə dəfə Azərbaycana səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olub. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək, Qobustanı “açıq səma altında muzey” adlandırıb. 

Fransız yazıçısı-səyyahı Aleksandr Düma da səyyah kimi Azərbaycana gəlmişdi, onun dediklərindən hələ də istifadə olunur.  Azərbaycana səyahət edən italyan səyyahı Marko Polonun (XII əsr),  Azərbaycanda keçirdiyi günlərini “Səyahətnamə” adlı kitabında qeydə alan görkəmli türk səyyahı Övliya Çələbinin (1646-1666), X-XI əsr ərəb səyyahları İstəxri və İbn Haqvəlin, XIII əsr flamand səyyahı rahib Rubrik Vilehelmin, XIV-XV əsrlərdə yaşamış Şərqin tanınmış səyyah, coğrafiyaşünas və astronomu Əbdürrəşid Bakuvinin son dərəcə zəngin məlumatlarından bu gün də geniş istifadə olunur. 

Məşhur Rus səyyahı və tacir Afanasi Nikitin (XV əsr) "Üç dəniz arxasına səyahət" adlı kitabında da Bakıdan bəhs edib. 

XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı müşahidələrində maraqlı qeydlər edib. 

Bir çox səyahətçinin qeydlərində - E.Kempfer (XVII əsr), S.Qmelin (XVIII əsr), P. I Lerx (XIX əsr) - Şirvanşahlar saray kompleksi qeyd olunur. Avropalı səyyahlar E.Kempfer, P.Vilot və başqaları atəşpərəstlərin Suraxanıda yerləşən Atəşgah məbədindən də bəhs ediblər.

Sözümüzün canı odur ki, onlarla səyyah Azərbaycana səyahət edib ölkəmiz, onun təbiəti, insanların yaşayışı, həyat tərzi, mədəniyyətimiz, coğrafiyamız  barədə geniş məlumat verib və onlardan indi də mənbə kimi istifadə olunur.

Heç şübhə yoxdur ki, bu gün Qarabağa və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların yazdıqları da sabah tarixi mənbə rolu oynayacaq və onlardan da istifadə olunub. Təbii, onlar burada görüklərini bir-bir öz yazılarında, sənət nümunələrində əks etdirməklə dağılan qəbirlərin, viran qoyulan yurdların, daşı-daş üstündə qalmayan şəhərlərin harayını gələcəyə çatdıracaqlar, bildirəcəklər ki, bütün bunları erməni vandalları  edib. Həmçinin də dağıdılan yurdlarımızın bərpa prosesini ilhamla qeyd edəcəklər... Çünki səyyahların səfərini əks etdirən videolarda onların münasibətləri, yanğısı üzlərindən oxunur. Səyyahlar arasında gənc bir qız dağıdılmış qəbrə baxıb mütəəssir olur, kövrəlib yanındakına nələrsə deyir...

Aydın Quliyev: “Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın...”

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində işğaldan azad olunmuş və bərpa edilməkdə olan rayonlarımız barədə “Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın...”  başlıqlı paylaşım edib.  A.Quliyev yazır: "İşğaldan azad olunmuş və bərpa edilməkdə olan rayonlarımıza - əsasən  Şuşaya, Xankəndiyə, Xocalıya xaricdən səyyahlar dəstəsinin gəlişinin ayrı məzmunu var. Bu işin tarixi qaynaqları və  perspektivləri də maraqlıdır. Hazırda dünyanın tanınmış səyyah qruplarından biri sayılan "Ən səyahətcil insanlar" qrupu rayonlarımızdadır.

Onların arasında müxtəlif peşə təmsilçiləri var. Şairlər, yazıçılar, heykəltəraş və rəssamlar da olmamış deyil. Yəni onların hərəsinin bu torpaqlarda gördüklərini tarixi yaddaşlara yazaraq mənəvi irsə çevirmək üçün hansısa imkanı, gücü, qabiliyyəti var. Bizə də elə lazım olan bu deyilmi? Ümumiyyətlə, səyyahların təəssüratları həmişə qiymətli məlumat və bilgi mənbəyi olub.

XV əsrdə Şamaxıya gəlmiş rus səyyah Afanasi Nikitinin ölkəmiz haqqında təəssüratları hansısa bir dövrdə insanlar üçün müəyyən bələdçi rolu oynadı. XVII əsrdə İstanbuldan gəlmiş səyyah Övliya Çələbi 10 cildlik əsərinin 2- ci cildində Azərbaycan haqda qiymətli məlumatlar toplayıb. XX əsrdə məşhur Norveç səyyahı Tur Heyerdalın isə Azərbaycana səfərinin nəticələri çoxlarına bəllidir.

Səyyahlar bu gün də gəlir. Onların Qarabağ haqda yazdıqları, gördükləri, yaydıqları, danışdıqları nə vaxtsa Nikitinin, Çələbinin, Heyerdalın irsi qədər ölkəmiz üçün əhəmiyyətli rol oynaya bilər. Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın..."

Faiq Balabəyli: “Bu gün azad ərazilərimizə səfər edən səyyahların da özlərindən əvvəlkilərin yolu ilə gedib, gördüklərini real şəkildə bugünkü və sabahkı nəslə çatdıracaqlarına ümid edirəm” 

Müstəqil.az saytının baş redakoru Faiq Balabəyli də “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün dövrlərdə səyyahlar səyahət etdikləri ayrı-ayrı ölkələrin, məmləkətlərin həm kəşf olunmasında, həm tanıdılmasında, həm də onların əraziləri barədə gələcək nəsillərə çox mühüm məlumatlar veriblər. “Tarixdən də, ədəbiyyatdan da məlumdur ki, ayrı-ayrı qitələrin, materiklərin, ölkələrin kəşf olunmasında səyyahların böyük rolu olub və onlar haqda məlumatların günümüzə qədər gəlib çatmasında əvəzsiz əməyi olub. Bu məsələdə səyyahlar xüsusi əhəmiyyətə malikdir. Bilirsiz ki, qədim dövlərdən başlayaraq Azərbaycana dünyanın müxtəlif ölkələrindən səyyahlar gəlib, onlar ölkəmiz barədə çox dəqiq və maraqlı məlumatlar toplayıblar. Bu gün də qədim dövr və orta əsr səyyahlarının Azərbaycanla bağlı yazdıqları dünyada maraqla qarşılanır. Təsadüfi deyil ki, biz özümüzlə, tariximizlə bağlı çox maraqlı məlumatları o səyyahların, salnaməçilərin qeydlərindən oxuyuruq. 

Günümüzdə də beynəlxalq səyahətçilər ölkəmizə maraq göstərir. “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin Qarabağa və Şərqi Zəngəzura səfəri bizim üçün xeyirli olacaq. Niyə? Çünki onlar obyektivdirlərsə, özlərinin yaratdıqları klubun nizamnaməsinə uyğun addımlar atacaqlarsa, Qarabağın ayrı-ayrı dağılmış  şəhər və kəndlərinin, qəsəbələrinin şəklini, videosunu çəkib onları işğaldan əvvəlki vəziyyətləri əks etdirən şəkillərlə müqayisə edə bilərlər. Bu müqayisə əsasında dünya ictimaiyyətinə çatdırıla bilər ki, Qarabağda, Şərqi Zəngəzurda ermənilər hansı vəhşiliklər törədilib, aqressiv dövlət olan Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları hansı faciələrə səbəb olub. Yəni onlar bütün real vəziyyətləri tamamilə obyektiv şəkildə işıqlandıra bilərlər. Onlar bizim mədəni irsimizin vəziyyəti ilə bağlı da maraqlı məlumatlar verməklə çox böyük işlər görmüş olarlar. Əlbəttə, işğal zamanı dağıdılan maddi-mədəni, tarixi, dini abidələrimiz, kitabxanalarımız, muzeylərimiz, məktəblərimiz və sair barədə də müfəssəl məlumatlar toplayıb onları dünyaya çatdıra bilərlər. Bunların da çatdırılması bizim haqq səsimizin dünyaya çatdırılmasında yardımçı olacaq”.

F.Balabəyli qeyd etdi ki, bu səyyahların arasında bu acı mənzərəni əks etdirən əsərlər yaradanlar tapılacaq. F.Balabəylinin sözlərinə görə, qədim və orta əsr səyyahları kimi onlar da Azərbaycan barədə gələcək nəsillərə obyektiv məlumatlar ötürə bilərlər. “Təbii ki, bu səyyahlar arasında Qarabağda və Şərqi Zəngəzurda gördüklərini əsərlərə çevirənlər də tapıla bilər. Necə ki, qədim və orta əsr səyyahları Azərbaycan barədə müşahidələrini əsərlərə, əlyazmalara köçürmüşdü. Hesab edirəm ki, onlar arasında da belələrinin olacağı şübhə doğurmur. Səyyahın əsas missiyası gördüklərini olduğu kimi gələcəyə çatdırmaqdır. Bu gün azad ərazilərimizə səfər edən səyyahların da özlərindən əvvəlkilərin yolu ilə gedib gördüklərini real şəkildə bugünkü və sabahkı nəslə çatdıracaqlarına ümid edirəm”.

F.Balabəylinin sözlərinə görə, səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vəhşiliyinin bütün detallarını görüblər və onların Bakının mərkəzindəki erməni kilsəsini də görmələri vacibdir: “Onlar görsünlər ki, ermənilər Qarabağda məscidlərimizi, məbədlərimizi viran qoysalar da, Azərbaycan Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayır. Bunu müqayisə üçün görmələri vacibdir” - deyə F.Balabəyli vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031