Fidan və Lavrov regional prosesləri müzakirə ediblər...
Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) XİN başçılarının 57-ci Toplantısı çərçivəsində Türkiyə-ASEAN Sektor üzrə Dialoq Tərəfdaşlığı Toplantısında iştirak etmək məqsədilə Laosun paytaxtı Vientyanda səfərdədir.
Səfər çərçivəsində ikitərəfli görüşlər keçirən Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da həmsöhbət olub.
Görüş zamanı ikitərəfli əlaqələr, iqtisadiyyat və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlərin bölgədə davam edən Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları, Suriyadakı son vəziyyət, eləcə də digər regional məsələlər ətrafında da fikir mübadiləsi apardıqları bildirilir.
ZÜMRÜD