KÖHNƏ VERSİYA            

Abortun sürətlə artması İcbari Tibbi Sığorta ilə bağlıdır - BMT Azərbaycana pis göstərici verdi…

Image

Aytəkin Kamranqızı: “İcbari Tibbi Sığorta paketində abort yerinə doğuş əlavə olunsa vəziyyət müsbətə doğru dəyişər”

Azərbaycan selektiv abortların əhali sayına nisbətinə görə dünya ölkələri arasında liderlik edir. Bu isə o deməkdir ki, yaxın illərdə ölkəmiz ciddi problemlə - qadınların azlığı ilə üz-üzə qala bilər. Əksər ailələr ikinci, üçüncü qız uşağını istəmirlər. Qız istəməyən ana-atalarınsa son nəticədə əli övlad qanına bulaşır. 

Erkən hamiləlik dövründə uşağın qız olduğunu öyrənənlərin çoxu abort qərarı verir. Bu, əsasən 1 və 2 uşağı olan ailələrdə daha çox olur. Bu isə nə insanlığa, nə də İslama sığır. Bunun tək adı var: cahillik.

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, Azərbaycanda abort sayı artmaqda davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, bu ilin ilk altı ayı ərzində İcbari Tibbi Sığorta hesabına hamiləliyin pozulması (abort) ilə bağlı 42 039 cərrahi xidmət göstərilib. Qeyd olunub ki, həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

Statistik rəqəmlərdən də aydın olur ki, ölkəmizdə abort sayı artmaqda davam edir. Bunun səbəblərindən biri kimi məlum prosesin İcbari Tibbi Sığorta paketinı daxil olmasıdır. Ekspertər hesab edir ki, hamiləliyin erkən dayandırılması sığorta ilə mümkün olduğu üçün insanlar aborta üstünlük verir. Bu səbəbdən də ekspertlər düşünür ki, hamiləliyin pozulması İcbari Tibbi Sığorta təminatından çıxarılmalıdır.

“Hamiləliyin erkən dayandırılması prosedurunun qiyməti sığorta ilə münasib olduğu üçün ailələr uşaq dünyaya gətirməkdən imtina edir”

Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, abortların sayı faciəvi şəkildə artır: “Abortun sayını artıran daha çox ikinci qız uşağı abortlarıdır. Statistikaya əsasən, abort etdirənlər daha çox gənclər deyil. 2014-cü ildən bu tərəfə boşanmalar sanki kütləvi hal alıb. Təzə ailə quran gənc artıq hiss edir ki, boşanacaq, ona görə də uşağı dünyaya gətirmək istəmir. Abortun sayını artıran səbəblərdən biri həm də ikinci qız uşağı abortudur. Bunu ya birinci uşaqdan sonra ailədə yaranan gərginlik səbəbilə boşanmağa hazırlaşan şəxslər edir, ya da oğlan uşağı istəyənlər. Əslində bu məsələnin arxasında dəhşətli problemlər dayanır. Abort edən adam kim olursa-olsun, öz uşağının ölümünə qərar verirsə, artıq onun qəlbində bir çox mənəvi dəyərlərə münasibət dəyişir. Bu, psixoloji olaraq belədir. İkinci tərəfdən, əgər ailələrin çoxu boşanırsa, yarısı da evdə gərginlik yaşayır. Bu gün Azərbaycanda 80-90 faizdən çox ailədə gərginlik var. Gərginlik olan ailələrdə isə Azərbaycanın sabahı və yeni nəsil böyüyür. Ailəli qadınlar  iqtisadi durumu bəhanə gətirir. Deyirlər ki, uşağım var, imkanım yoxdur və.s. Abortun da İcbari Tibbi Sığorta paketinə daxil olması bu cür insanlar üçün fürsət olub. Hamiləliyin erkən dayandırılması prosedurunun qiyməti sığorta ilə münasib olduğu ailələr uşaq dünyaya gətirməkdən imtina edir. Bəli, mən də razıyam hamiləliyin erkən sonlandırılması prosesi İcbari Tibbi Sığorta zərfindən çıxarılsın. İcbari tibbi sığorta paketinə abortun yerinə doğuş əlavə olunsa vəziyyət müsbətə doğru dəyişər. Danılmaz faktdır ki, maddi cəhətdən sərf etmədiyi üçün bəzi hamilə xanımlar lazım olan bütün müayinələrdən keçə bilmirdilər. Bu da bəzi problemlərin vaxtında aradan qaldırılmasına mane olur. Bizdə çox qadın hamilə vaxtı qadın məsləhətxanasına getmir, gedənlər də sənəd işləri üçün gedir. Hər xanımın vaxtında müayinəyə gəlməməyinin fərqli səbəbləri olur. Kimi internetdə oxuyub tətbiq edir, kimi təkrar doğuşu olur, elə bilir ki, hər doğuşu rahat olacaq, fərdi bir şeydir. Amma doğum prosesi izlənməli, təbii doğuşla, yoxsa qeysəriyə ilə olacağı müəyyənləşdirilməlidir. Bunun üçün də hamilə qadınlar mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar. Bu proses üçün də müəyyən qədər maliyyə gedir. Məsələn, ultrasəs müayinəsi. Dopler ultrasəs müayinənin qiyməti çox adamın cibinə uyğun olmur. Qiymət minimum 50 manatdan başlayır. Bu xidmət icbari sığorta paketinə daxil olsa, ailələr bunu rahatlıqla etdirərlər. Çünki bu müayinə daxil olsa, anadangəlmə qüsurlar, döldə nə isə problem olanda görmək olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, insanlarımıza abortların genofondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik: "Biz illər əvvəl deyəndə ki, selektiv abortların sayı, vaxt olacaq, üzümüzə özünün mənfi nəticələri ilə qayıdacaq, cəmiyyət bizi ciddi qəbul etmədi. Azərbaycan vətəndaşlarının oğlan sevgisi, qızların hər zaman bir əşya kimi qəbul edildiyini bilirik. Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrıseçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək. Qeydə alınan abort statistikası insanın tükünü ürpərdir, indi təsəvvür edin, qeydə alınmadan nə qədər körpə ana bətnində qətl edilir, selektiv aborta məruz qoyulur. Üstəlik, bunların hamısı xəstəxana şəraitində edilmir, həmçinin, dərmanla da abort həyata keçirilir”. 

İcbari Tibb Sığorta Agentliyi: "Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı..."

İcbari Tibb Sığorta Agentliyindən "Bakı-Xəbər"ə verilən məlumatda bildirilir ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir: "Qeyd edək ki, 2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klasik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Doğuşların 1054-ü çoxdöllü hamiləlik (əkiz, üçəm, dördəm və s.) təşkil edib. İcbari tibbi sığorta ilə təminata alınan bir sıra tibbi xidmətlər ana və uşaq sağlamlığının müdafiəsində mühüm yer tutur".

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031