KÖHNƏ VERSİYA            

Şuşa Media Forumu Fransa mətbuatını ifşa etdi – “Le Monde", "Fiqaro" şantaj silahı kimi...

Image

Müşfiq Ələsgərli: “Azərbaycan başqa dövlətlərin demədiyi həqiqətləri söyləmək üçün özündə iradə, güc tapdı”

Şuşada keçirilən Qlobal Media Forumun açılış mərasimində Prezident İlham Əliyevə sual ünvanlayanların arasında BMT-dəki  Fransa Polineziyasının nümayəndəsi Karlayl Korbin də olub. 

O, ölkə başçısından soruşub ki, kolonializmə dair gələcək təşəbbüslər nədən ibarət olacaq?

Prezident İlham Əliyev cavabında deyib ki, biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışdıq: “Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik. Əlbəttə ki, siz Bakı Təşəbbüs Qrupunu qeyd etdiniz. Bu, bir qeyri-hökumət təşkilatıdır. Ancaq bu qeyri-hökumət təşkilatı birgə səylər nəticəsində Azərbaycanda yaradılıb və onlar, məncə, çox yaxşı işləyirlər. Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidenti rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq. Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq”.

Prezidentin bu cavabından belə qənaətə gəlmək olarmı ki, Fransa hakimiyyəti ölkəsində fəaliyyət göstərən və adını müstəqil qoyan media resurslarından həm də şantaj aləti kimi istifadə edir?

Media məsələləri üzrə ekspert Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə   açıqlamasında bildirdi ki, Şuşa Qlobal Media Forumu dünyada üzərinə süni pərdə çəkilmiş bir çox həqiqətlərin üstünü açdı: ”Ümumiyyətlə, bu Forumun mövzusu dezinformasiya, onun yaranma mənbələri, səbəbləri və hədəfləri ilə bağlı idi. Dezinformasiya saxta xəbərin tiplərindən biridir. Amma saxta xəbərin digər tiplərindən fərqlənir. Mahiyyəti ondan ibarətdir ki, dezinformasiya təsadüfən, yalnışlıqla yaranmış saxta xəbər yox, şüurlu şəkildə yaradılmış bir saxta təqdimatdır. Hədəfdə olan dövlətlərin, insanların, qrup və icmaların gücdən  salınmasına hesablanmış bir alətdir. Günümüzdə dezinformasiya siyasi bir savaş aləti kimi istifadə olunur. Bunu vurğulamağımın səbəbi də odur ki, indiyə kimi yalan xəbərin, siyasi savaşın, dezinformasiyanın növlərindən danışanda hər zaman bunun texnoloji inkişafa uyğun olaraq çoxalmış məsələ olduğunu qeyd edirdilər. Amma indi beynəlxalq media nəzəriyyələrində göstərirlər ki, bu dezinformasiyanın, yalan xəbərin çoxalmasının səbəbi dünyada münaqişələrin, siyasi mübahisələrin, ziddiyyətlərin çoxalması ilə bağlıdır. Qarşı duran tərəflər dezinformasiyanı çox yaymaqla ümumilikdə dünya informasiya məkanını çirkləndirirlər. Problem nədədir? Məsələ ondadır ki, dezinformasiya istehsal edənlərin çoxu - ABŞ başda olmaqla, Qərb ölkələri və Fransadır. Bunun səbəbləri açıqlananda Əl-Cəzirənin nümayəndəsi yaxşı bir fikir dedi ki,  dünyada aparıcı transmilli KİV-in, dünya ictimai rəyinə təsir göstərən media resurslarının çoxu Qərb ölkələrində yerləşir. Dezinformasiya da daha çox bu cür KİV  vasitəsilə yayılır. İkinci bir nüans da odur ki, Çində yerləşənləri çıxmaq şərti ilə, sosial şəbəkə platformalarının da çoxu Qərbdən, ABŞ - dan bəhrələnir. Yəni nəticə etibarı ilə dünyada dezinformasiyanın   siyasi mənada çoxu Qərb ölkələrində istehsal olunur. Fransa və onun mediası bu məsələlərdə ilkin yerlərdən birini tutur. Məsələ ondadır ki, bu həqiqət çox vaxt açılmırdı. Bir qismi bilərəkdən, bir qismi də bilməyərəkdən açmırdı. Çünki bir qisim dövlətlər aldadılırdı. Biz diqqət etsək görərik ki, dezinformasiyaya qarşı proqramların çoxu Qərbdən idarə olunur. Bir nümunə göstərək: Yaşadığımız günlərdə dünyada böyük bir proqram həyata keçirilir. “Dezinformasiyaya qarşı dayanıqlılığın yaradılması “ adlı bu layihəni Avropa İttifaqı maliyyələşdirir və büdcəsi də on milyonlarla  dəyərindədir. Bu çox böyük bir proqramdır və onu Avropa İttifaqı maliyyələşdirməklə belə təəssurat yaradır ki, guya onlar dezinformasiyaya qarşı mübarizə aparırlar. Amma bu bir illüuziyadır, yalandır, tamaşadır. Çünki dezinformasiyanı istehsal edən həmin Qərb ölkələrinin özüdür. Bir tərəfdən dezinformasiya istehsal edirlər, digər tərəfdən də guya buna qarşı mübarizə aparırlar. Şuşa Qlobal Media Forumunun böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan başqa dövlətlərin demədiyi həqiqətləri demək üçün özündə iradə, güc tapdı. Yəni Azərbaycan dövləti, Prezidenti dezinformasiyanın yayılma mənbələrinin ünvanını göstərdi. Bu baxımdan da Şuşa Qlobal Media Forumu çox böyük əhəmiyyət daşıyır. Orada qeyd etmək lazımdır ki, Qərb mediası tək dezinformasiya yaymaqla deyil, həm də başqa problemlərlə məşhurdur. Cənab Prezident bunu da qeyd etdi ki, Fransa hakimiyyət sarayından tezis alaraq nələr edirlər. Onlar digər media məsələlərində də ikili standartla davranırlar. Bir tərəfdən deyirlər ki, media müstəqil olmalıdır, başqa təsirə düşməməlidir. Digər tərəfdən də özləri təsirə düşürlər, tezislər alırlar və dünyaya fəlakət gətirirlər. Beləcə, Şuşa Qlobal Media Forumu bu cür həqiqətlərin üstünü açmaqla dünyaya çox böyük töhfələr vermiş oldu”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031