Xətai rayonunda 2 avtomobil toqquşub
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 2 avtomobilin toqquşması nəticəsində sərnişin 2008-ci il təvəllüdlü Ağayev Əli Yusif oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov