Gələn ilki seçkidə Putinin ilk açıq rəqibi özünü bəyan etdi...
Qondarma "Donetsk Xalq Respublikasının" keçmiş "müdafiə naziri", hazırda ekstremist çağırışlara görə həbsdə saxlanılan Strelkov Rusiyada gələn ilki prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini bəyan edib.
Rusiyada prezident seçkisinin gələn il martın 17-də keçirilməsi nəzərdə tutulur. Hələlik Putin öz namizədliyini irəli sürməyib. Fikirlər var ki, Putin seçkidə iştirak etməyə də bilər və bu varianta Qərbin Rusiyaya təzyiqlərinin azaldılması üsulu kimi baxılır.
Namiq Quliyev