İrəvandan Rusiyanın Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təklifinə reaksiya - razılaşma yoxdur
İrəvan Rusiyada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair RF-nin irəli sürdüyü təklifi nəzərdən keçirir, lakin hələlik konkret razılaşmalar yoxdur. Bunu “İnterfaks”a Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan deyib.
“Müxtəlif təkliflər, müzakirələr var, lakin hələ konkret razılaşmalar yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Buna görə də burada heç bir problem yoxdur, sadəcə texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İş aparılır”, - deyə səfir Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun kuluarlarında agentliyin müvafiq sualını cavablandırarkən bildirib.
TAHİR