ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub
Suriyanın şimal-şərqində ABŞ hərbçilərinin yerləşdiyi Tell Beydardakı baza İraq İslami Müqaviməti radikal şiə hərəkatı tərəfindən atəşə tutulub. Bu barədə TASS məlumat yayıb. Radikallar hücumu ABŞ-ın dəstəyi ilə Qəzza zolağında insanlara qarşı " İsrail tərəfindən törədilən cinayətlərə" cavab adlandırıblar. Oktyabrın sonunda İraq İslami Müqaviməti də Suriyanın şimal-şərqindəki Xarab Əl-Cirdəki ABŞ bazasını atəşə tutub .
Leyla SƏMƏNDƏR