İsveçin NATO-ya qəbulu təxirə salındı
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan İsveçin NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi ilə bağlı danışıqların təxirə salınması qərara alınıb.
“Bakı-Xəbər” yazır ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Komissiya AK Partiya Ankara Millət vəkili Fuat Oktayın sədrliyi ilə toplanıb. İclasın açılışında çıxış edən Fuat Oktay həmçinin Fələstin Dövlətinin yaranmasının 35-ci ildönümünü qeyd edib.
Leyla SƏMƏNDƏR