Peskov Putinin bundan sonra da Rusiya Prezidenti olacağına şübhə etmir...
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yeni prezidentlik müddətinə namizədliyini irəli sürəcəyinə ümid edir və onun seçkilərdə qalib gələcəyinə əmindir.
“Putin namizədliyini irəli sürmək niyyətində olub-olmadığını hələlik açıqlamayıb. Lakin mən ürəkdən inanmaq istəyirəm ki, o, bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə və bundan sonra da prezidentimiz olacağına şübhə etmirəm”, - deyə Peskov “MGIMO 360” tələbə informasiya kanalına müsahibəsində bildirib.
“Vladimir Putindən sonra Rusiyanın növbəti prezidenti necə olmalıdır” sualına Kremlin sözçüsü belə cavab verib: “Eynən Vladimir Putin kimi və ya fərqli, amma yenə də onun kimi”.