MAQATE : İranda üç atom bombası üçün kifayət edən uran var
Reuters agentliyi MAQATE sənədlərinə istinadən məlumat yayıb ki, İranda üç atom bombası üçün kifayət qədər 60% saflıqda zənginləşdirilmiş uran var.
Agentliyin məlumatından məlum olur ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı sentyabrın 4-dəki son hesabatdan sonra 6,7 kq artaraq 128,3 kq-a çatıb. Bu isə MAQATE-nin müəyyən etdiyi təqribən 42 kq-dan üç dəfə çoxdur. Hazırkı rəqəmlər daha da zənginləşdirmə şərti ilə nüvə bombası yaratmaq üçün nəzəri cəhətdən kifayətdir.
Məlumatda deyilir ki, İran daha çox bomba yaratmaq üçün aşağı səviyyəyə qədər zənginləşdirilmiş kifayət qədər urana malikdir, lakin o, belə silahlar axtardığını zaman-zaman inkar edir.
Mətləb