KÖHNƏ VERSİYA            

Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

Image

Bu gün Azərbaycanda istehsal olunan qızılın yerli bazarda vəziyyəti çoxlarımız üçün maraqlıdır. Bu sahə ilə əlaqəsi olmayanlar elə güman edir ki, bizim qızılımıza yerli bazarda tələbat azdır. Əslində vəziyyətin necə olduğunu bu sahə ilə bağlı olan mütəxəssislər, qızıl ticarəti ilə məşğul olanlar və iqtisadçılar bilir.   

Azərbaycanın qızıl bazarında öz milli qızılımızın rolu nə qədərdir? Ümumiyyətlə, bizim yerli qızıldan istifadə olunurmu, bu qızıl yerli bazarda necə işləyir? Azərbaycanın qızılı qızıl məmulatları şəklində daha çox satılır? Azərbaycanın qızıl emalı, qızıl sənayesi nə vəziyyətədir? 

Məsələn,   külçə formasında olan qızıl  mağazalarımızda nə dərəcədə böyük rola malikdir? Ümumiyyətlə, yerli qızılın qiyməti necədir, münasibdirmi? “Lom” şəklində daxili bazarda qiyməti, rəqabətə dözümlülüyü nə qədərdir? Qızıl əşyalar, bəzək əşyaları düzəldirlər, düzəltmirlər? Bizim qızıldan düzəldilmiş zinət əşyalarının rəqabətə davamlılığı necədir?   

Bütün bu suallar ətrafında araşdırma apardıq və əvvəlcədən deyək ki, “yerli bazarda bizim qızıla tələbat azdır” deyənlərin fikirlərinin tamamilə yanlış olduğunu müəyyən etdik. 

Toğrul Abbasquliyev: “Bu gün bazarda təmsil olunan qızıl məmulatlarının 60-65 faizi Azərbaycan istehsalıdır”

Azərbaycan Zərgərlər Assosasiyasının rəhbəri Toğrul Abbasquliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yerli qızıla həm Azərbaycanda, həm də başqa ölkələrin bazarlarında tələbat böyükdür. “Bu gün bazarda təmsil olunan qızıl məmulatlarının 60-65 faizi Azərbaycan istehsalıdır. Bu, pandemiya dövründə daha çox inkişaf etdi, ona qədərki dövrdə 30 faizə qədər idi. Bu gün isə 60-65 faizə çatır. Mən sizə hazır zərgərlik məmulatlarından danışıram. Qızıl külçələrindən danışırıqsa, Azərbaycanın öz istehsalı var. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinun buraxdığı külçələr, sikkələr də Azərbaycan istehsalı sayılır, amma əslində İsveçrədə istehsal olunur. Yəni xammal olaraq qızıl Azərbaycan qızılıdır, eyni zamanda gümüş də ölkəmizə məxsusdur. Bunlar xammal şəklində İsveçrənin “Argor-Heraeus” şirkətinə göndərilir, orda onlar hazırlanır, qablaşdırılır və Azərbaycana göndərilir”. 

Azərbaycanın qızıl sənayesinin vəziyyətindən danışan T.Abbasquliyev qeyd etdi ki, Azərbaycan qızılının kifayət qədər ciddi bazar dövriyyəsi var. “Keçən il hazır zərgərlik məmulatlarının 230 milyondan çox bazar dövriyyəsi olub. İxrac da var. Özbəkistan, Qazaxıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə zərgərlik məmulatlarımız ixrac olunur. Bizim Assosiyasiya ilə dövlət qurumları arasında aparılan əməkdaşlığın nəticələri də var. Zərgərlik sənayesi üçün müəyyən güzəştlər var. Avadanlıqların idxalında gömrük rüsumunun azaldılması nəzərdə tutulub, hazırda bu istiqamətdə işlər gedir. Gümüş və qızıldan hazırlanan zərgərlik məmulatlarının idxalında yenə də 15 faiz gömrük rüsümundan azadolma var. Aksiz vergisi müvəqqəti olaraq iki il müddətinə təxirə salınıb. Yəni bazar inkişaf edir, böyüyür. Belə deyim, son 5 ilə nəzər salsaq görərik ki, 2020-ci ildə dövriyyə 32 milyon idi, bugünkü dövrdə isə 230 milyonu keçir. Bizim assosiyasiya da elə həmin ərəfələrdə, 2020-ci ildə yaranıb”. 

Yerli qızıl məmulatlarının və qızıl külçələrinin yerli bazarda rəqabətə davamlı olub-olmadığı məsələsinə gəlincə, T.Abbasquliyev bildirdi ki, ümumiyyətlə, Azərbaycanda istehsal olunan məmulatlar çox yüksək keyfiyyətli olur. “Çünki Azərbaycanın zərgərlik məktəbi, bu sənətin nəsildən-nəslə keçməsi, adət-ənənəsi var. Azərbaycanın naxış ornamentləri çox ciddidir və böyük tarixə malikdir. Ona görə də bundan istifadə edib bizim zərgərlər öz məmulatlarının geniş çeşidlərini həm Azərbaycan bazarına, həm də xarici bazarlara çıxarır. Ümumiyyətlə, Azərbaycan istehsalı dedikdə bu, bir keyfiyyət nişanı kimi qəbul olunur. Məsələn, Özbəkistanda “Bakinskoye zoloto” deyirlər. Yəni bu, bir keyfiyyət nişanıdır. Rusiya, Türkiyə, İtaliya kimi bu sahədə öz sözünü demiş ölkələrin məmulatları ilə müqayisədə heç də geri qalmır,  deyərdim, hətta onları üstələyir. Amma dizayn və zövq məsələsinə gəldikdə, təbii ki, orda rəqabətdən danışmaq düzgün olmaz. Çünki fərqli kolleksiyalar və sair var. Ancaq ümumi işləmə keyfiyyəti, cilalama, materialın özünün düzgün tökülməsi, simmetriya, bağlantılar və sairi nəzərə alsaq, Azərbaycan kiyafət qədər keyfiyyətli məmulatlar istehsal edir. Söhbət təkcə əl işlərindən getmir, burada fabrik məmulatlarının da çox böyük payı var”.

Yerli qızılın qiymətlərinə gəlincə, T.Abbasquliyev bildirdi ki, başqa sektorlardan fərqli olaraq, zərgərlik bazarında qiymətin formalaşması çox bəsitdir. T.Abbasquliyev qeyd etdi ki, brend məsullarda qiymətlər brendin adına görə formalaşır, dünya brendlərinin çox böyük əksəriyyəti Azərbaycanda təmsil olunur. “Bunların qiymət siyasəti brend adına görə müəyyənləşir, yəni brendin öz dəyəri var. Təbii ki, məmulatın tərkibindəki qiymətli daşlar, metallar, işçilik də nəzərə alınır. Amma onlardan qat-qat yuxarı qiymətlər olur. O ki qaldı brend olmayan, əksəriyyəti bazarda satılan məmulatlara, onlarda qiymət iki amillə formalaşır-məmulatın tərkibindəki metal və daşlar, metalların qiymətləri  London birjası ilə tənzimlənir. Daşların da öz qiymətləndirmə mexanizmi var. O ki qaldı işçiliyə, məsələn, İtaliyada bir az bahadır, Türkiyədə bir az ucuzdur. Azərbaycanda çox optimal qiymətlər var. Ümumi götürsək, yerli qızılın qiyməti dünya bazarındakı qiymətlərdən elə də ciddi fərqlənmir. Azərbaycanda işçilik də aşağıdır deyə, qiymətlər rəqabətə malik qiymətlərdir. Sadəcə, elə kolleksiyalar var bahalıdır, elə kolleksiyalar var ucuzdur. Ona görə də, onu birmənalı olaraq qeyd etmək düzgün olmaz. Ümumiyyətlə, zərgərlik bazarında qiymətin formalaşması izah etdiyim kimi spesifikdir”. 

Yerli qızılın qiymətinə gəlincə, müsahibimiz bildirdi ki, təkcə bizim qızılın yox, ümumiyyətlə, bu gün 999 əyarlı qızılın 1 qramının birja qiyməti 85 dollardır, 750, 585 əyar da ona uyğun formalaşır, işçilik də 3 dollardan yuxarı gedir. T.Abbasquliyev qeyd etdi ki, yəni məmulatın hər bir qramına görə işçilik qiymətləri dəyişir, sadə işçilik 3-5 dollar, fərqli dizayn məmulatları 10, 15, 20 dollar olur, qiymətlər bu şəkildə olur, artır.

Fuad İbrahimov: “Azərbaycan qızılının daxili bazarda payı durmadan artır”

Mövzu ilə   bağlı iqtisadçı ekspert Fuad İbrahimovun da fikirlərini öyrəndik. F.İbrahimov bildirdi ki, Azərbaycanda qızıl hasilatı var, yataqlarımız mövcuddur. Ekspert qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində  ərazilərimizdə tam suveren hüquqlarımızı bərpa etdikdən sonra artıq Kəlbəcərin qızıl yataqları da özümüzdədir, onun artıq iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedir. “Ondan əvvəlki yataqlarımızda da hər hansı bir ləngimələr olmayıb, proses davam edir. Bu gün ixracımızda qızıl artıq qeyri-neft sektorunun payında lider sıralardadır. Sizə statistik məlumatı çatdırmaq istəyirəm. 2024-cü ilin I, II, III rübündə ümumilikdə 1476 kloqram qızıl istehsal olunub. Bu yaxşı göstəricidir. Ümumiyyətlə, prosedur belədir ki, qızıl hasil olunandan sonra beynəlxalq səviyyəli məkanlarda onun əyarlaşması prosesi gedir. Yəni külçə formasına gətirilməsi proseduru həyata keçirilir. Bilirsiz ki, Azərbaycanda “AzerGold” şirkəti artıq qızılın külçə formasında satışını həyata keçirir.  Zərgərlik Assosiyasiyasına üzv olan zərgərlərimiz, əlbəttə, rahatlıqla bu qızıl külçələrini əldə edə bilirlər və bunun istehsal prosesini həyata keçirirlər. Hazırda respublikamızda kifayət qədər istehsal prosesi ilə məşğul olan sahibkarlıq sinfi var. Onlar müxtəlif müasir dəbə uyğun sifarişləri yerinə yetirirlər. Hətta ən mürəkkəb zərgərlik işlərini gerçəkləşdirirlər. Bu gün Azərbaycan qızılının daxili bazarda payı durmadan artır.   Dediyimiz kimi, hazır məmulatların da kifayət qədər ixracatı var. Yaxın Şərq, Mərkəzi Asiya respublikaları bizim qızıl məmulatlarına kifayət qədər maraq göstərir. Yəni bu biznes Azərbaycanda kifayət qədər fundamental şəkildə formalaşır. Kifayət qədər zərgər mütəxəssislərimiz var, yetişiblər. Bilirsiz ki, Bakımızın ən möhtəşəm nöqtələrində də qızıl bazarları fəaliyyət göstərir. İlk növbədə institutsional şəkildə fəaliyyət göstərən  “Şərq bazarı” Ticarət Mərkəzidir. “Moskva” unvermağında, “8-ci kilometr” ərazisində də qızıl bazarı mövcuddur. Bilirsiz ki, adət-ənənələrimizdə qızılın kifayət qədər yeri var. Qızıl eyni zamanda strateji ehtiyat mənbəyidir. Yəni bu gün vətəndaşlarımız pullarını qızıla çevirə bilirlər, var-dövlətlərini qızıl şəklində saxlayırlar. Bu da çox güvənlidir”. 

F.İbrahimovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, son 10 ildə dinamik surətdə qızılın qiyməti qalxaraq hazırda ən pik nöqtələrdən birinə gəlib çatıb. “Mən bir iqtisadçı ekspert kimi, qızıl alanlara tövsiyə etmək istərdim ki, qızılın qiymətində ucuzlaşma da baş verə bilər. Bu o demək deyil ki, ancaq qızılın dəyəri dəyərdən düşür, bütün hallarda bilmək lazımdır ki, dünya birjaları ilə qiymətlər tənzimlənir. Yəni bu gün Azərbaycanda istehsal olunan istənilən qızılın qiyməti dünya birjalarında müəyyən edilir. Ondan da sonra bunun da üzərinə zərgərlərimizin zəhməti, işçilik haqqı gəldikdən sonra hər hansı məlumatın qiymət əmələgəlmə prosesi baş verir. Amma hər bir halda nəzərə almaq lazımdır ki, dünya birjalarında qiymətlər kifayət qədər bahalaşıb. Buna digər amil də təsir edir. Əsas amillərdən biri odur ki, bir çox ölkələr artıq öz ehtiyatlarını qızıl ifadəsinə çevirir. Məsələn, qardaş Türkiyə, Rusiya, Çin, Hindistan və başqa bir çox ölkələr son zamanlar ehtiyatlarını qızıl ifadəsinə çevirirlər. Bunun da səbəbi var. Məsələn, Rusiyanın kifayət qədər valyuta ehtiyatı Qərb banklarında dondurulub. Belə olduğu halda bir çox ölkə özlərinin (diverifikasiya) risqlərini sığortalayaraq, valyutalarını qızıl ifadəsinə çevirərək öz ölkələrində saxlayırlar”.

Ekspertin vurğuladığına görə, beləliklə də bu, qızılın qiymətinin durmadan bahalaşmasına şərait yaradır, eyni zamanda da nəzərə almaq lazımdır ki, dünya bazarında spekulyativ yanaşama deyilən bir alət, bir yanaşma var. “Yəni burada  artıq iqtisadi amillər yox, spekulyativ amillər hərəkətə keçəndə bazarda  heç bir məntiqə sığmayan ola, qiymətlər ucuzlaşa bilər. Baxmayaraq ki, tələbat var və tələbat da qiyməti formalaşdırır. Bu baxımdan, risqi nəzərə almaq lazımdır”. 

F.İbrahimli qeyd etdi ki, qanunvercilik bazamızda hələ müəyyən boşluqlar var, idxal və ixrac əməliyyatları ilə bağlı şəffaflıq tam bərqərar olmayıb. “Amma  hazır məhsulun topdan satışının ƏDV-dən azad olunması “AzerGold” tərəfindən bəyan olunub. Bu yaxşı haldır. Beləliklə, zərgərlərimiz rəsmi olaraq bu məhsulları ordan alıb iqtisadi dövriyyəyə cəlb, işlik material kimi istifadə edə bilərlər. Bununla ƏDV-dən də azad olmuş olurlar. Amma bildiyim qədər, hazır məhsul artıq ƏDV-yə cəlb olunacaqdır” - deyə F.İbrahimli qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031