Tramp əlində olan nağd pulun miqdarını açıqladı - seçkiyə istifadə edəcəyəm…
ABŞ-ın keçmiş prezidenti Donald Tramp “500 milyon dollar nağd pulu” olduğunu açıqlayıb.
"Zəhmət, istedad və şans sayəsində indi demək olar ki, 500 milyon dollar nağd pulum var" deyən Tramp bu pulu prezident seçkiləri kampaniyasında istifadə etmək niyyətində olduğunu bildirib.
Tramp Nyu-Yorkun baş prokuroru Letitia James və işə sədrlik edən hakimin bu pulu “fırıldaq və korrupsiya” yolu ilə ondan almaq istədiklərini iddia edib: “Mən 2016-cı ildə gözlənilməyən seçkidə qalib gəlməkdən başqa heç bir səhv etmədim. 2020-ci ildə daha yaxşı çıxış etdim və indi 2024-cü ildə böyük fərqlə irəlidəyəm. Bu, Amerikada kommunizmdir.
TAHİR