Medvedev Ukraynanı hədələdi - Moskva hücumunda əlləri varsa onları məhv edəcəyik...
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvadakı terror aktı ilə bağlı açıqlama verib.
“Rusiya Ukraynanın yüksək vəzifəli şəxslərinin Moskva hücumu ilə əlaqəsi varsa onları məhv edəcək” - Medvedev deyib.
Bundan əvvəl Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, hazırda hücumda Ukraynanın və ya ukraynalıların əli olduğuna dair heç bir əlamət yoxdur.
Ukrayna da Moskvada konsert salonuna edilən hücumla heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Bu arada, ABŞ səfirliyinin ötən həftə Moskvadakı vətəndaşlarına konsert salonlarından uzaq durmaları ilə bağlı xəbərdarlıq etdiyi ortaya çıxıb.
TAHİR