KÖHNƏ VERSİYA            

Bakı və İrəvanı barışdıran "Vaşinqton formatı" da belə getdi, təəssüf... - Aydın QULİYEV yazır...

Image

Azərbaycan-Ermənistan sülh prosesinin vasitəçilərindən biri olaraq qəbul edilən şərti "Vaşinqton formatı" da belə getdi... Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

- Hadisələrin ardıcıllığına bir də baxaq...

Vətən müharibəsindən sonra ilk olaraq Minsk Qrupu və onun bədnam şöhrətli həmsədrlər institutu özünü "yox etdi". Onun özünün görməli olduğu işi 30 il gecikdirəndən sonra daha nə baş verməli idi? Özü özünü yox gününə qoydu və Azərbaycan Prezidenti tam haqq və məntiqlə onların üzlərinə qarşı "Sizi kim dəvət edib" deyərək onlardan imtina etdi.

Həmsədrlər bununla çətin olsa da barışdılar. ABŞ və Fransa Rusiyanı həmsədr olaraq öz yanlarından qovdular. Guya Rusiyanı qovandan sonra Azərbaycan onları iki həmsədr kimi qəbul edərək işləyəcəkdi... Rusiya da onlardan imtina etdi və keçmiş həmsədrin adını dəyişərək "Putinin Qafqaz normallaşması üzrə xüsusi nümayəndəsi" qoydu. ABŞ və Fransa da bu cür etdilər. Beləliklə, dəfn edilmiş həmsədrlərdən sonra bir müddət ABŞ və Rusiyanın "xüsusi nümayəndələrinin" regionumuza gediş-gəliş dövrü başladı.

ABŞ Dövlət katibinin vasitəçiliyi ilə bir neçə dəfə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüşlər keçirildi. Formal olaraq normallaşmanın Vaşinqton formatı deyilən platforma yarandı. Gümanlar var idi ki, Moskva və Brüssel formatlarının bir-birini qəti həzm etmədiyi şəraitdə Vaşinqton formatı məqbul orta variant kimi uğur qazana bilər. Ancaq bilmədi...

Fransanın açıq-aşkar ermənipərəst mövqe tutması onu Cənubi Qafqaz prosesləri üçün tam yararsız və ziyanlı oyunçuya çevirdi. Üstəlik Makronun özünü "yuyulmamış qaşıq kimi ortaya atmaq" cəhdləri Brüssel formatına da mənfi təsir etdi. Avropa İttifaqının rəhbərliyi Azərbaycana və Ermənistana nünasibətdə getdikcə Fransaya oxşamaq kursu tutdu və nəhayət "Brüssel formatı, Paris, Mişel və Makron" bir-birinə qarışaraq vasitəçi kimi rollarını tam itirdilər. Hədsiz ermənipərəst davrandığı üçün 5 oktyabrda Makronun Qranada görüşündə iştirakına Azərbaycan Prezidenti haqlı olaraq etiraz etdi. Oktyabrın sonlarında isə Avropa İttifaqının ifrat ermənipərəst siyasəti ucbatından Azərbaycan Brüssel görüşündən də imtina etdi.

Son həftələrdə ABŞ və Fransa erməni revanşizmini dəstəkləməkdə demək olar ki, eyni mövqeyə çıxdılar. Fransa Ermənistana hərbi texnika verdi, Avropa İttifaqı "Ermənistanı gücləndirməliyik" bəyanatı verdi. Nəhayət, Qərbin təcavüzkar Ermənistanın yanında ədalətsiz şəkildə yer tutmaq kursuna son açıq imzanı ABŞ Dövlət Departamenti atdı.

İlyarım əvvəl Azərbaycanla Ermənistanın vasitəçilərsiz, birbaşa dialoqunu prioritet kimi önə çəkən ABŞ birtərəfli olaraq Ermənistanı dəstəklədi. Dövlət katibinin köməkçisi Brayn Qarabağda rus sülhməramlılarına alternativ təklif etdi, dedi ki, onlar getsin, biz və Avropa Azərbaycan və Ermənistan üçün sülhməramlıların alternativi ola bilərik. Tək bu olsaydı, Vaşinqton formatını bitmiş saymaq olmazdı. Ancaq dalı daha ifrat formada gəldi.

Konqresdəki 15 noyabr müzakirələrində açıq deyildi ki...

1. Biz 19 sentyabrdan sonra Azərbaycanla heç nəyin normal olmayacağını açıq demişdik. Antiterror tədbirləri nəzərdə tutulur. O tədbirlər ki, 10 min qanunsuz erməni döyüşçüsünün torpaqlarımızdan çıxarılması və suverenliyimizin tam bərpası ilə nəticələnmişdi. Deməli, Azərbaycanın suverenliyinin bərpasını qəbul edə bilmədilər. Onlara yarımsuveren Azərbaycan lazım imiş və ya mesaj verirlər ki, "hər şeyin normal olmasını istəsəydiniz, öz suverenliyinizin bir hissəsini ermənilərə verməli idiniz". Məntiq harada qaldı bəs?..

2. Azərbaycan sülh prosesində əhəmiyyətli tərəqqi etməyincə, 907-ci düzəliş dondurulmayacaq. 2001-ci ildə barmaqları Əfqanıstanda məngənəyə sıxılanda Azərbaycan lazım idi və dərhal Buş 907-ci düzəlişi dondurdu. O vaxtdan düz 21 il idi ki, hər il 907-ni dondururlar. Ancaq bu il hamı gözləyirdi, ənənə pozuldu və 907-nin dondurulmayacağı bəyan edildi. 907-ci düzəliş 907-ci dirənişə çevrildi. Azərbaycana təzyiq edilir ki, sülh prosesində bizə tərəqqi verin. Guya sülh prosesini tormozlayan Azərbaycan imiş, Ermənistanın guya günahı yox imiş və sair. Azərbaycanın sentyabrda təqdim etdiyi 5-ci sülh sazişi layihəsinə Ermənistanın düz 2 aydır susmağını "yada salmadılar". Belə ədalət olur?!..

3. Güc yolu ilə və ya İranın iştirakı ilə açılan dəhlizlərə reaksiyamız kəskin olacaq. Bəs Ermənistan düz 3 ildir imzalanmış bəyannamənin dəhlizə aid hissəsini də digərləri kimi icra etmək istəmirsə, Azərbaycan nə etməli idi? Naxçıvanlıların gözəl bir məsəli var: "Bəlkə sən bostanını pozmaq istəmirsən, mən peşaramdan qalmalıyam?!". Naxçıvan oturub gözləməlidir ki, Ermənistanın olmayan "insafı və vicdanı nə vaxtsa hərəkətə gələcək"?!.. İranın iştirakı ilə Naxçıvana dəhliz ideyası bu şəraitdə yarandı və Azərbaycanın suveren haqqıdır. Gələk "güc yolu ilə dəhliz" məsələsinə... Bu da Azərbaycana guya hədə-qorxu dolu mesajdır - "baxın haaa, Zəngəzur dəhlizini güclə açmaq fikrinə düşməyəsiniz, reaksiyamız kəskin olar"...

4. Dedi ki, Mərkəzi Asiya ölkələri öz ixracları üçün yeni dəhlizlər axtarırlar. Bu dəhlizlər Azərbaycandan Ermənistana, Azərbaycandan Gürcüstana və Türkiyəyə ola bilər. Bu sırada Zəngəzur dəhlizinin ünvanı görünməz edilir. Çünki axı bunu Ermənistan da istəmir və baş nazir Paşinyan Zəngəzur dəhlizinə guya alternativ olaraq "Sülh kəsişməsi" platformasını irəli sürüb. Yəni Qars-Gümrü dəmiryolu açılsın, Şimal-Cənub dəhlizinin Ermənistandan keçən qolu açılsın, Ermənistan Azərbaycanın üzərindən İrana, Rusiyaya, Mərkəzi Asiyaya və hətta Xəzər dənizinə çıxış əldə etsin, təki Zəngəzur dəhlizi açılmasın. Erməni layihəsini cənab Brayn necə də "gözəl icra edir"?!..

Bütün bunlar heç cür sülhə gəlməyən, silahlanan Ermənistanın əlinə oynamaq deməkdir. Əsas məqsədin revanşistləri həvəsləndirməkdən ibarət olması ortadadır.

30 il erməni separatizminə dəstək verdilər, indi də erməni revanşizminə dəstək verirlər. Azərbaycanla Ermənistanın münasibətlərini normallaşdırmaq iddiasında olan "Vaşinqton formatı" daha heç bir uğur qazana bilməz...

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031