KÖHNƏ VERSİYA            

Qərbin Ukraynaya xəyanəti tam açılır...

Image

Ukraynanı Rusiyaya qarşı müharibəyə təhrik edən Qərbin bu dəfə sözügedən ölkəni yarı yolda qoyması getdikcə daha açıq formada özünü büruzə verməkdədir. Bu şəraitdə Ukraynanın getdikcə daha çətin vəziyyətə düşməsi özünü qabarıq formada göstərir.

Bunlar fonunda Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak qeyd edir ki, növbəti il Rusiya ilə müharibədə həlledici il olacaq: “Ukraynanı müharibənin ən çətin dövrü gözləyir. Xüsusən də Ukraynanı çətin qış gözləyir və Kiyev hazırda hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyac duyur”. Zelenskinin ofisinin rəhbəri, həmçinin, qış yaxınlaşdıqca Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb. Andriy Yermak, həmçinin, Ukrayna hakimiyyət orqanlarının Qərbdən aldığı “hər gülləyə görə” hesabat verə biləcəyini vurğulayıb. Bir müddət öncə Ukrayna prezidenti ofisinin rəhbəri Rusiya ilə müharibəni 100 metr məsafəyə qaçışla müqayisə etmiş və Kiyevin artıq 70 metri arxada qoyduğunu demişdi. Amma Qərb Ukraynaya hərbi və digər yardımları getdikcə azaldır. NATO-nun baş katibi Yens Stoltenberq də durumun ağır olduğunu vurğulayır. Müharibənin gedişini indidən proqnozlaşdırmağın mümkün olmadığını etiraf edən Şimali Atlantika Alyansının baş katibi əlverişli nəticənin birbaşa Kiyevə ediləcək hərbi yardımın həcmindən asılı olduğunu vurğulayıb. Amma bu vəziyyətdə Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edir ki, Avropa Ukraynanı bir milyon artilleriya mərmisi ilə təmin edə bilməyəcək.  Pistorius Avropa İttifaqının martın sonuna qədər Ukraynaya bir milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcəyini etiraf edib: “Bir milyona çatmaq mümkün olmayacaq, bunu güman etmək lazımdır. Bir milyonun real olub-olmaması da düzgün sualdır”. Almaniya və Avropa İttifaqının digər üzv ölkələri Ukraynaya 20 milyard avro ayrılmasını da təsdiqləməyib. Bunun ardınca Fransa bəyan edib ki, Ukraynaya öz arsenalından silah tədarükünü dayandıracaq. Fransanın müdafiə naziri Sebastien Lekornu bu xüsusda bildirib: “Fransanın Ukraynaya hərbi yardımlarının həcmi artıq 3 milyard avroya çatıb. Fransa büdcəsindən 200 milyon avro Kiyevi dəstəkləmək üçün yaradılmış fonda ayrılıb və Ukrayna buradakı vəsaitdən yalnız fransalı istehsalçılardan silah almaq üçün istifadə edə bilər”.

Bunlar fonunda o da bəlli olub ki, Macarıstan Ukraynaya növbəti hərbi yardımın ayrılmasını bloklayacaq. Macarıstanın ticarət və xarici işlər naziri Piter Siyartonun sözlərinə görə, Kiyev Macarıstanın OTP bankının və ya digər şirkətlərinin “beynəlxalq müharibə sponsoru” qara siyahısına salınmayacağına zəmanət verənədək Macarıstan Avropa Sülh Fondundan Ukrayna üçün növbəti hərbi yardım tranşının ayrılmasını bloklayacaq. O qeyd edib ki, Macarıstan 500 milyon avroluq yardımı təsdiqləməsi üçün Brüsselin təzyiqi ilə üzləşib, lakin Budapeşt bu cür zəmanət qəbul edənədək bu addımı atmayacaq. Slovakiya hökuməti də Ukraynaya hərbi yardım çərçivəsində növbəti 14-cü paketi təsdiqləməyib.  40,3 milyon avro dəyərində hərbi yardım paketinin Ukraynaya göndərilməsini Slovakiya Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi təklif edib. Həmin paketə 4 milyona yaxın 7,62 mm çaplı patron, 125 mm-lik toplar üçün 5 172 ədəd iriçaplı mərmi, “Kub” hava hücumundan müdafiə sistemi üçün 140 raket, 8 minaatan və 1200 mina daxil olmalı idi. Ümumiyyətlə, son zamanlar müxtəlif mənbələr Qərbin Ukraynaya dəstəyinin azalacağı barədə fikirlər səsləndirirlər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cosep Borrel də bu günlərdə açıq şəkildə bildirmişdi ki, ABŞ Kiyevə dəstəyi azaldacaq. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də qeyd edir ki, ABŞ-dan əlavə böyük yardımın olmaması Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək: “Bizim səlahiyyətimizdə və əlimizdə olan vəsaitlər tükənmək üzrədir. Bu isə Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə zərərli təsirlə müşayiət olunacaq”. Qeyd edək ki, müharibənin ilk aylarından fərqli olaraq, hazırda Ukraynaya dəstəklə bağlı kollektiv Qərbdə həmrəylik yoxdur. Əksinə, ABŞ-la Aİ arasında ziddiyyət açıq şəkildə hiss olunur. Bu, Ukraynanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Litvanın xarici işlər naziri Qabrielius Landsberqis də vurğulayır ki, ABŞ və Avropada Ukraynaya dəstəklə bağlı tərəddüd yaranıb. Onun sözlərinə görə, Qərb müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməkdə tərəddüdlüdür: “Bu, Rusiya prezidenti Vladimir Putində müharibədə qalib gələ biləcəyinə inam yarada bilər”. Nazir hazırda vəziyyətin qeyri-müəyyən olduğunu diqqətə çatdırıb: “Biz çox vacib qərarlar qəbul etmək bacarığını artıq nümayiş etdirmişik. Avropa artıq liderlik nümayiş etdirib. İndi biz bunu bir daha etməliyik”. “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller də bunlar fonunda maraqlı bir açıqlama verib. Qeyd edib ki, Rusiya qazı ondan imtina edən Avropa ölkələrinə göndərilir. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət imzalanmış müqavilələr əsasında Rusiya qazını Ukrayna ərazisindən tranzitlə Avstriyanın Baumqarten an der Marx qəsəbəsi yaxınlığında yerləşən qazpaylayıcı terminala göndərir, sonra isə bir sıra Avropa İttifaqı ölkələrinə, o cümlədən də Cənub-Şərqi Avropa ölkələrinə nəql olunur. Bu da o deməkdir ki, Avropa üçün yenə biznes ön plandadır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031