"Qapalı qapı arxasında deyilənlərlə, ictimaiyyətə deyilənlər başqadır" - Maltanın sabiq baş naziri
NATO-nun olması Avropa İttifaqının qarantıdır. Bu barədə Maltanın sabiq baş naziri Cozef Muskat XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.
“Avropa İttifaqı NATO-nun fərqli bir formatıdır. Amma NATO-nun işlərini Avropa İttifaqının üzərinə qoymaq yalnışdır.
Biz ənənəvi düşüncə tərzindən kənarlaşmalıyıq. Qapalı qapı arxasında deyilənlərlə, ictimaiyyətə deyilənlər başqadır. Bu dəyişməlidir”,-deyə o bildirib.