KÖHNƏ VERSİYA            

907-ci maddə ilə Azərbaycana təzyiq başladı - “Zəngəzuru və İran üzərindən dəhlizi istəmirik”

Image

Xəyal Bəşirov: “ABŞ, onun Nümayədələr Palatası bu addımı ilə ermənipərəstliyini ortaya qoyur” 

Son zamanlar ABŞ-ın antiazərbaycan mövqeyini tez-tez müşahidə edirik və rəsmi Vaşinqtonun ölkəmizə qarşı qərəzli və obyektivlikdən uzaq münasibətini aydın şəkildə görürük. ABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişin müddətini uzatmamaq yolunu tutub.    

BBC Azərbaycanın yaydığı məlumata görə, çərşənbə günü ABŞ diplomatı, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Ceyms  O-Brayn Konqresdə çıxışında deyib ki, Qarabağdakı sentyabr hadisələrindən sonra Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.

Ceyms  O-Brayn Konqres qarşısında çıxışında ABŞ hökumətinin Qarabağa görə Ermənistan və Azərbaycanla bağlı atacağı addımları izah edib.

"19 sentyabr hadisələrindən sonra sülh istiqamətində irəliləmə olmayana qədər Azərbaycanla heç bir şeyin normal olmayacağını ifadə etmişik. Buna görə Azərbaycanın hərəkətlərini qınamaq üçün bir çox yüksək səviyyəli səfərləri ləğv etmişik"-deyə o çıxışında deyib.

Mətbuata görə, o, həmçinin “ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq”, “biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-ın Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”-deyə  bildirib.

Ceyms O-Brayn ABŞ-ın sülh razılaşması istiqamətində fəaliyyətlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətinin ifadəsi baxımından kritik olacaq.

KİV-ə görə, diplomat deyib ki, 19 sentyabrdan sonra Bakı və İrəvana 13 ali səviyyədə səfər edilib. O, sülh prosesi ilə bağlı Dövlət Departamentinin türkiyəli həmkarları ilə də məşğul olduğunu deyib. Bununla belə, O-Brayn ABŞ-ın bu yardımlarının Azərbaycanla yanaşı ABŞ üçün də anlamlı olduğunu əlavə edib. “Mərkəzi Asiya ölkələri öz məhsullarını bazara çıxarmaq üçün yeni dəhlizlər axtarışındadır. Bu dəhlizlər Azərbaycandan Gürcüstana və ya Azərbaycandan Ermənistana və Türkiyəyə ola bilər…
 Başqa yollarla – güc yolu ilə və ya İranın iştirakı ilə yaradılmış nəqliyyat dəhlizləri, düşünürəm ki, çox güclü reaksiya ilə qarşılaşacaq və uğurlu olmayacaq. Bu sadə seçimdir”, - O-Brayn deyib.  

“ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir”. Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə altkomitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində yer alıb. Bildirilib ki, Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub:“Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir”.

Azərbaycan XİN 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılmasına da münaisbət bildirib: “Ceyms O-Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə, belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq, bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır...”.

“Əgər ABŞ Azərbaycanla əlaqələrinə xələl gətirmək istəyirsə, ölkəmizlə hər hansı görüşlərin keçirilməsindən imtina edirsə, bu halda Azərbaycan da ABŞ-dan imtina etmək gücündə və  əzmindədir”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində “Bu artıq gündəmi zəbt edən bir məqamdır. ABŞ-ın Nümayəndələr Palatasında adı da qeyri-legitin, qeyri-hüquqi olan “Dağlıq Qarabağ”la bağlı mövzu müzakirə edilib. Ümumiyyətlə, ABŞ, onun Nümayədələr Palatası bu addımı ilə ermənipərəstliyini ortaya qoyur. Təbii ki, onların erməni lobbisi və diasporunun təsiri altında ermənipərəst siyasət yürütdüyünü biz ilk dəfə görmürük.  Hər bir halda indiki reallığın fonunda Azərbaycanın Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi bərqərar, təmin edəcək yeni reallığı ortaya qoyduğu bir dönəmdə belə fikirlərin səsləndirilməsi, belə addımların atılması bizdə təəssüf hissi doğurur. Amma bizə qarşı belə diqtələrin, xəbərdarlıqların edilməsinin özü də absurddur. Bunun bizim üçün heç bir hüquqi əhəmiyyəti yoxdur, ümumiyyətlə əhəmiyyətsizdir. Nəyə görə? Çünki 907 saylı bədnam düzəliş bugünün mövzusu deyil. 1992-ci ildən bugünə qədər mövcud olan, təbii ki, müəyyən mənada bizə doğru addım atdıqlarını göstərmək üçün təxirə salınan, amma tam ləğv edilməyən  ermənipərəst bir addımdır. Təsəvvür edin ki, Sovetlər İttifaqı süquta uğradıqdan sonra bütün postsovet ölkələrinə birbaşa yardım edən ABŞ Azərbaycana münasibətdə bunu məhdudiyyətə məruz qoyur və 907 saylı bir düzəliş edir ki, Azərbaycana birbaşa yardımlar edilməməlidir. Fikrimcə, ABŞ-ın atdığı bütün bu addımlar bir daha ondan xəbər verir ki, ABŞ Azərbaycanın formalaşdırdığı yeni reallığı qəbul etməyən dövlətlərin sırasındadır”-deyə bildirdi. 

X.Bəşirovun sözlərinə görə, təbii, biz bu gün Cənubi Qafqazda yeni reallıq formalaşdırmışıq və qeyd edildiyi kimi, bu reallığın əsas tərəflərindən  biri də odur ki, keçmiş münaqişə səbəbindən bloka salınmış bütün nəqliyyat və iqtisadi kommunikasiyalar blokdan çıxarılmalıdır: “Bunlardan biri də, təbii ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində biz Ermənistana çoxlu sayda çağırışlar etdik. Eyni zamanda Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə riayət etməsi ilə əlaqədar ona çağırışlar etdik. Amma Ermənistan indiyə qədər bu addımları atmadı. Çox təəssüfedici məqam ondan ibarətdir ki, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərlə bağlı nə ABŞ, nə də digər ölkələr ona bu istiqamətdə hansısa bir çağırış etdilər, təsir və ya təzyiq göstərdilər. Amma bu gün Zəngəzur dəhlizinə alternativ olacaq yolla bağlı Azərbaycana təhdid dolu çağırışlar, xəbərdarlıqlar edirlər. Bunun heç bir hüquqi əhəmiyyəti yoxdur”-deyə X.Bəşirov qeyd etdi.

X.Bəşirovun qənaətinə görə, ABŞ və onun kimi dövlətlər unutmamlıdır ki, Azərbaycan nə 907-ci düzəlişlə məhdudiyyət qoyulan o yardımlara, nə hansısa dövlətin, yaxud təşkilatın maddi yardımlarına ehtiyacı olan bir dövlətdir. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra özü öz ərazilərində geniş tikinti-quruculuq, bərpa işləri apardığını vurğulayan X.Bəşirov buna görə heç bir dövlətdən yardım almadığını vurğuladı. “Azərbaycan həmçinin də öz ərazilərini minalardan təmizləmə prosesini təkbaşına öz gücünə həyata keçirən bir dövlətdir.  Bütün bu məqamları nəzərə alsaq, bu gün həmin o dinləmələrin, o dinləmələrin nəticələri kimi Azərbaycanla yüksək səviyyəli görüşlərin keçirilməsindən imtinanın, yaxud Azərbaycana hansısa yardımların edilməsindən imtina edilməsinin Azərbaycanın hazırda yürütdüyü siyasətə, ölkəmizin mövcudluğuna heç bir mənfi təsiri olmayacağını açıq şəkildə anlamaq mümkündür. Bu məqamları nəzərə alsaq, hesab edirəm ki, bu prosesin Azərbaycandan daha çox ABŞ-ın maraqlarına ziddi olacağını anlamaq çətin deyil. Nə üçün? Çünki biz gördük ki, ABŞ Əfqanıstanda məğlubiyyətə uğradı. Əfqanıstandan çıxarkən oradakı sülhməramlı missiyada azərbaycanlıların öz öhdəliklərini hansı şəkildə həyata keçirdiklərini və bununla bağlı ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsindəki   əməkdaşlıqdan məmnun qalması ilə bağlı fikirlərini gördükdən sonra belə addımların şahidi olmaq, təbii ki, ABŞ-ın özü tərəfindən Amerika-Azərbaycan münasibətlərinə xələl gətirəcək. Hər bir halda orta dəhliz kimi böyük layihə reallaşdırılmaqdadır və həmin orta dəhlizin reallaşdırılması, onun həlqələrinin işlək vəziyyətə gətirilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan dünyanın əksər hissəsi, o cümlədən də bu dəhlizdən yararlanacaq dövlətlər məmnundur. Buna dəstək nümayiş etdirirlər. Regiona daxil olmayan bir dövlətin bur prosesə müdaxilə etməsi absuddur. Fikrimcə, bunun bu prosesə mənfi təsiri də olmayacaq. Bunun ABŞ-Azərbaycan münasibətlərinə təsiri olacaqmı? Əlbəttə, olacaq. Çünki bu cür addımların atılması birtərəfli qaydada olmur. Əgər ABŞ Azərbaycanla əlaqələrinə xələl gətirmək istəyirsə, ölkəmizlə hər hansı görüşlərin keçirilməsindən imtina edirsə, bu halda Azərbaycan da ABŞ-dan imtina etmək gücündə və əzmindədir. Bu bizim tərəfimizdən deyil, ABŞ tərəfindən reallaşdırılan bir prosesdir. Təbii ki, hansısa bir dövlətlə, eləcə də ABŞ-la münasibətlərin qurulması, yaxud yaxşılaşdırılması istiqamətində xahiş də etmək niyyətində deyilik. Onların maraqlarına cavab vermirsə, demək bizim maraqlarımıza heç cavab vermir”-deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031