KÖHNƏ VERSİYA            

Muxtar respublika prokuroruna açıq məktub: "İnanırıq ki, sökülən stadionu və 5 milyon iddiasını..."

Image

“TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov Naxçıvan Muxtar Respublikasının prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayevə açıq məktubla müraciət edib. Həmin müraciəti təqdim edirik.

"Hörmətli prokuror!

2023-cü ildə Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında aparılan kadr islahatları öz bəhrəsini verib. Ötən dövrdə Naxçıvan əhalisinin pozulmuş hüquqlarının bərpası, muxtar respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Muxtar respublikanın prokurorluq orqanları vətəndaşlar üçün dövlətin etibarlı, ümid yeri olan qapısına çevrilib. Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün Naxçıvanın prokurorluq orqanları artıq kiminsə diqtəsi ilə qərarlar qəbul etmir, Azərbaycan qanunları nə tələb edirsə, o cür davranır.

Əlbəttə, bütün bu uğurlar ona görə qazanılır ki, indi Azərbaycan Respublikası Baş Prokurorluğunun fəaliyyəti tamamilə şəffafdır, mərkəzdən belə tələb olunur. Amma ədalət naminə deməliyik ki, əgər kadr yerində olmasa, nə qanunların aliliyi qorunar, nə də mərkəzdən verilən tapşırıqlar doğru, düzgün icra edilər.

Açıq etiraf etməliyəm ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda sağlam mühit, bu orqana inam yaradılmasa bu müraciəti edə bilməzdik. Müraciət edilsə belə, əvəllər olduğu kimi, ən yaxşı halda onu bir kağız parçası kimi cırıb zibil qutusana atardılar. Qaldırdığımız məsələlərin obyektiv şəkildə araşdırılacağına inanaraq sizə müraciət etməyi qərara aldıq. Biz inanırıq ki, bu gün muxtar respublika prokurorluğunda dövlətə sədaqətli, vicdanlı, qanunların aliliyini hər şeydən üstün tutan, milli maraqları öz şəxsi manefiyinə qurban verməyən prokurorlar çalışır. Muxtar respublika prokurorluğu bu gün elə cinayətkarları cəzalandırır ki, onlar uzun illər toxunulmaz olub, Naxçıvanda at oynadıb. İndi artıq hər kəs görür ki, Naxçıvanda heç kim qanunlardan üstün ola bilməz.

Cənab prokuror!

Son vaxtlar rəhbərlik etdiyim “TNS” İnformasiya Agentliyi Naxçıvanla bağlı bir neçə ciddi məsələni ictimailəşdirib. Bu problemlərlə bağlı muxtar respublikanın dövlət orqanlarına verilən sorğulara cavab verilməməsi, yaxud da ziddiyyətli məlumatlar təqdim edilməsi bir sıra qanunsuzluqlar törədildiyi ilə bağlı iddiaları qüvvətləndirir. Hesab edirik ki, işinizin çoxluğu səbəbindən mediada yayımlanan bu informasiyalarla tanış olmamısınız. Əks təqdirdə, dərhal hərəkətə keçər, qanuni tədbir görərdiniz.

Hörmətli Sənan müəllim!

Redaksiyamıza Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan idman stadionunun heç bir rəsmi qərar olmadan sökülməsi ilə bağlı məlumat daxil olub. Bildirilib ki, həmin idman stadionunun tikintisinə 600 min manatdan çox vəsait xərclənmişdi. Məlumata görə, stadionun sifarişçisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçısı isə “Nəqşicahan İnşaaat” MMC olub. Stadionun tikintisi üçün vəsait Naxçıvan Dövlət Universitetinin büdcəsindən ödənilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bununla bağlı verilən sorğuya cavabda bildirilib ki, Naxçıvan Dövlət Universitetinin idman stadionu yenidən layihələndirilib. Bunun əsas səbəbi ilkin layihələndirmədə aşkar edilmiş nöqsanlar, o cümlədən layihədə stadionun funksionallığının zəif göstərilməsi, onun müasir üsul və imkanlara cavab verməməsi olub. Yeni layihə sifarişçi ilə razılaşdırılıb. Stadionun tikintisi əvvəl bu işi həyata keçirən podratçı şirkət “Nəqşicahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olan “APF Tikinti” MMC tərəfindən əlavə vəsait tələb olunmadan həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsində tikinti fəaliyyətinin anlayışı verilib və müəyyən edilib ki, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir.

Necə ki, inşaat işləri tikinti layihəsi əsasında həyata keçirilməlidir, eyni zamanda söküntü işləri də tikinti fəaliyyəti hesab edildiyindən məhz söküntü layihəsi əsasında həyata keçirilməlidir. Bu hal məcəllənin 3.0.27-ci, 74.1 və 74.2-ci maddələrinin tələblərindən irəli gəlir. Məcəllənin 74.1-ci maddəsində müəyyən edilir ki, məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri (tikintisinə icazə tələb edilməyən fəaliyyət, məlumatlandırma icraatı) istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin məcəllənin 74.2-ci maddəsinə müvafiq olaraq bu məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.

Məcəllənin 95-ci maddəsində birbaşa vurğulanır ki, əgər tikintisi başa çatmış və ya başa çatmamış tikinti obyekti hətta sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə belə sökülməsi halında (məcəllənin 95.1.4-cü maddəsi) məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri (tikintisinə icazə tələb edilməyən fəaliyyət, məlumatlandırma icraatı) istisna olmaqla, mütləq qaydada buna icazə tələb olunur və məcəllənin 95.6-cı maddəsinə əsasən tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. Həmçinin, sökülən tikinti obyekti Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmalıdır (məcəllənin 104.1-ci maddəsi).

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın tələblərinə əsasən isə tikinti obyektlərinin sökülməsi mexanizmi və qaydası, bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, o cümlədən də  nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi  və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin səlahiyyətləri müəyyən edilib.

Göründüyü kimi, mövcud qanunvericilik tikintinin sökülməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasını tələb edir.

Naxçıvanda tikintiyə dövlət nəzarətini həyata keçirən muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinə ayrı-ayrı vaxtlarda göndərdiyimiz sorğulara cavabda bildirilib ki, Naxçıvan Dövlət Universitetinin futbol stadionunun nazirlik tərəfindən sökülməsi və yaxud tikintisinin dayandırılması ilə bağlı heç bir tədbir həyata keçirilməyib. Stadionun sökülməsi ilə bağlı obyekt hansı qurumun balansındadırsa, həmin təşkilata müraciət olunması məqsədəuyğundur.

Bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilən sorğuya cavabda kifayət qədər əsaslandırılmamış və ziddiyyətli məqamlar vardır.

Qeyd edək ki, külli miqdarda dövlət vəsaiti sərf edilmiş tikilinin hər hansı hüquqi əsas olmadan, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 74.2, 95.6 və 104.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmaqla aparıldığı komitənin cavabından aydın görülməkdədir. Belə ki, Naxçıvan Dövlət Universitetinin idman stadionunun 2022-ci ildə inşasının müvafiq qaydada təsdiq edilməmiş və razılaşdırılmamış tikinti layihəsi əsasında aparıldığı və bu səbəbdən “özbaşına tikili” (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi) statuslu olduğu səbəbindən məcəllənin 95.1.4-cü maddəsinə müvafiq olaraq söküntüsünün məhz qanunsuz hesab edilmiş həmin layihə əsasında sifarişçi tərəfindən icra edildiyi qeyd edilir. Komitə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə istinad edərək qeyd edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında sökülə bilər. Halbuki, həmin məcəllənin 180.4-cü maddəsi ilə müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Komitə bununla açıq-aydın etiraf edir ki, məhz onun rəhbərliyi altında və iradəsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin (məhkəmə qərarı olmadan söküntünün aparılması) və  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinin tələbi pozulub, söküntü işlərinə müvafiq qərar (müvafiq icra hakimiyyəti orqanının qərarı və ya məhkəmə qərarı) alınmayıb, söküntü layihəsi təsdiq edilməyib, sökülən tikinti obyekti Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmayıb. Deməli, maraqlıdır ki, tikinti obyektinin layihəsi qanunsuz hesab edilir, lakin həmin qanunsuz layihə söküntü işlərinə yaramış olur?

Digər bir ziddiyyətli məqam isə ondan ibarətdir ki, sorğuya cavabda sökülmüş Naxçıvan Dövlət Universitetinin stadion binasının tikinti işlərinin “APF Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən davam etdirildiyi və layihələndirmə işlərinə başlanıldığı qeyd edilir. Belə nəticə hasil olur ki, tikinti layihəsi müvafiq qaydada razılaşdırılmadan (layihələndirmə işləri davam etməkdədir) tikinti fəaliyyətinə başlanılıb.

İşin faktiki halları ilə və sorğulara cavablardan müəyyən edilir ki, dövlət vəsaiti hesabına inşa edilən tikilinin sökülməsi qəsdən edilmiş hərəkətdir və vəzifəli şəxs/şəxslər tərəfindən səlahiyyətlərini aşmaqla törədilib. Belə ki, söküntü hər hansı icazə alınmadan, söküntü layihəsi tərtib edilmədən və Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmadan, naməlum səbəblərdən və qəsdən aparılıb. Belə olan halda hesab edirik ki, bu, araşdırılmalı, fakt tam təsdiqini taparsa, əməli törətməkdə şübhəli olan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri (Cinayət Məcəlləsinin 186 –cı - Əmlakı qəsdən məhv etmə və ya zədələmə; 309-cu - Vəzifə səlahiyyətlərini aşma) ilə məsuliyyətə cəlb edilməlidirlər.

Azərbaycan hüquqi dövlətdir, bizim ölkəmiz qanunlarla idarə olunur. Belə məsələlərə ciddi yanaşılmasa, hər məmur bir traktor götürüb istədiyi obyekti qanunsuz şəkildə sökər, cəzasızlıq mühiti ağır nəticələrə gətirib çıxara bilər.

Cənab prokuror!

TNS-in ictimailəşdirdiyi məsələlərdən biri də ötən ilin may ayında keçirilən tədbirlə bağlıdır.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə  muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib. Redaksiyamıza ötən ilin may ayında keçirilən tədbirlərdən birinə 5 milyon manata yaxın vəsait xərcləndiyi ilə bağlı məlumat daxil olub. İddia edilir ki, həmin vəsait tender keçirilmədən xərclənib. Bundan başqa, o vəsaitin istifadə olunması ilə əlaqədar bəzi qaranlıq məqamlar var.

Bu məsələyə aydınlıq gətirilməsi üçün Turizm Departamentinə sorğu göndərilib. Sorğuya cavabda bildirilib ki, qeyd olunan tədbirlərin əsas təşkilatçısı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetidir. Ona görə də suallarımızı aidiyyəti üzrə yönəltməyimiz xahiş olunub.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən bildirilib ki, 2023-cü ilin may ayında Nazirlər Kabinetinin təşkilatçılığı ilə tədbir keçirilməyib. Nazirlər Kabineti muxtar respublikanın yuxarı dövlət orqanıdır. Ona görə də qurumun yalan məlumat verməsini ehtimal etmirik.

Belə olduğu təqdirdə ötən dəfə ünvanladığımız suallara daha bir neçə sual əlavə edərək fevralın 22-də Turizm Departamentinə təkrar soğru göndərilib. Təəssüf ki, həmin sorğunun göndərilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib.

Naxçıvanda bir tədbirə 5 milyon manat vəsait xərclənməsi mümkün deyil. Üstəlik, tədbir beynəlxalq tədbir də olmayıb. Sorğuların cavablandırılmaması deməyə əsas verir ki, belə bir tədbir keçirilib və həmin vəsait də xərclənib. Amma necə və hara? Əks təqdirdə Turizm Departamenti məsuliyyəti Nazirlər Kabinetinin üzərinə atmaz, sorğulara cavab verərdi.

Burda külli miqdarda dövlət vəsaitinin sübhəli formada xərclənməsi ehtimalı var. Hesab edirik ki, bu məsələnin də araşdırılmasına ehtiyac yaranıb.

Hörmətli prokuror!

Media ictimai nəzarət funksiyasını yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli telekanallara müsahibəsində ictimai nəzarətin vacibliyindən danışarkən deyib: “Biz cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Dövlətimizin başçısının tapşırıq və tövsiyələri fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Biz möhtərəm Prezidentimizin göstərdiyi yolla gedir, cəmiyyətdəki neqativ halları ictimailəşdirir, problemlərin həllinə dəstək olmağa çalışırıq. Bu müraciətin də məqsədi üzərimizə düşən vəzifənin layiqincə yerinə yetirilməsi, qanunların aliliyinin qorunmasıdır.

İnanırıq ki, qaldırdığımız məsələləri obyektiv şəkildə araşdıracaq, qanuni tədbirlər görəcəksiniz. Sizin son bir ildəki fəaliyyətiniz bizə belə deməyə əsas verir".








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031