Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Qardaş Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, yeni ilin Azərbaycan xalqına və bütün Türk dünyasına sülh və əmin-amanlıq gətirməsini diləyirik" - paylaşımda deyilir.
ZÜMRÜD