KÖHNƏ VERSİYA            

Ermənistan dürüst olsaydı, sülh daha yaxında olardı - Qlobal forumdan ideya...

Image

Abutalıb Səmədov: “Azərbaycan Prezidenti də bu məsələlərə diqqət çəkərək, bir daha Ermənistan rəhbərliyinə çatdırmaq istəyir ki, sülhə çox yaxınıq, bu cür qeyri-konstruktiv mövqe tutmaqdan imtina etsən qısa müddətdə sülh sazişini imzalamaq olar”

“...İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb...” Bu fikirləri  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bildirib. 

Prezident Əliyev çıxışında həmçinin bunları deyib: "İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib".

Prezident İlham Əliyev dedi ki, hələ Ermənistanla biz heç vaxt sülhə indiki qədər yaxın olmamışıq. Prezident nəyi nəzərdə tutdu? Niyə indi çox yaxınıq? Bu yaxınlıq nə ilə izah olunur?

“Çünki əvvəlki maneələr artıq yoxdur, yeganə maneə Ermənistanın tutduğu yanlış mövqedir”     

 “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov  “Bakı-Xəbər”ə şərhində “Azərbaycan sülh sazişinin imzalanması ilə əlaqədar 5 baza prinsipini 2021-ci ilin fevral-mart aylarında hazırladı və Ermənistana təqdim etdi. Ondan keçən müddətdə bir daha sülh sazişini imzalamağa kifayət qədər yaxın olduq. Ancaq hər dəfə Ermənistan Qarabağ məsələsini ortaya atdı, əvvəl ATƏT-in Minsk qrupunu bu  məsələyə qoşmaq istədi, sonra Qarabağın status məsələsini gətirdi, sonuncu dəfə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin beynəlxalq mexanizmlərlə təmin olunması məsələsini qoydu və elə Ermənistan parlamentinin sədri Alen Simonyan özü də etiraf etdi ki, biz bu tələbləri qoymasaydıq indiyə qədər bir neçə dəfə sülh sazişini imzalamaq olardı. Yəni parlamentin sədri rəsmi şəkildə etiraf etdi ki, sülh sazişinin imzalanmasının qarşısında əsas maneə, Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyi olub. İndi artıq Qarabağ məsələsi yoxdur. Ermənilər Azərbaycan ərazisini tərk edib getmək qərarına gəldilər. İndiki şəraitdə sülh sazişinin imzalanması üçün hər cür imkan var. Lazımdır ki, Ermənistan prosesi pozmaq istiqamətində atdığı addımlardan imtina etsin. Biz 5 baza prinsipi təqdim etmişdik. Ermənistan qəbul etdi. Ancaq sonradan bu 5 baza prinsipinin 3-nə öz əlavələrini etdi. Ermənistanın 5 baza prinsipinə etdiyi bu əlavələr indi əsas maneəyə çevrilib. Çox təəssüf ki, Qərb dövlətləri də Ermənistanın bu mövqeyini dəstəkləyir”-deyə bildirdi. 

A.Səmədovun sözlərinə görə, Qranadada Ermənistanın o 3 təklifinə həm Fransa, həm Almaniya, həm də Avropa Birliyi imza atdı və “bu həm də bizim mövqeyimizdir” dedilər. A.Səmədov hesab edir ki, bu da sülh sazişinin imzalanmasının qarşısında əsas maneəyə çevrildi. “Lazımdır ki, Ermənistan vəziyyəti real qiymətləndirsin, sülhə həddən artıq yaxın olduğumuzu anlasın və bu sazişi imzalamaq Azərbaycandan çox Ermənistana  gərəkdir. Çünki üzərindən Rusiyanın təhlükəsizlik çətiri götürülüb və yeni çətir yoxdur, Ermənistan müdafiəsiz vəziyyətdədir. 30 ildə Azərbaycana qarşı törətdikləri cinayətlərə görə, əslinə qalsa, Azərbaycanın tam haqqı var ki, Ermənistanı ciddi şəkildə cəzalandırsın, torpaqlarının işğal olunduğunun nə demək olduğunu, işğal olunmuş torpaqların xarabazara çevrilməsinin nə qədər ağır problem olduğunu Ermənistana başa salsın. Azərbaycan bunu etmir, Ermənistanı sülhə çağırır, “konstruktiv mövqe tut, sülh sazişini imzalayaq” deyir. Təəssüf ki, hələ Ermənistan bu mövqeyə gəlmək istəmir. Azərbaycan bütün platformalarda sülh sazişini müzakirə etməyə və imzalamağa hazırdır, həm Vaşinqtonda, həm Brüsseldə, həm Berlində, həm Gürcüstanda, həm Rusiyada, həm sərhəddə. Azərbaycan 3+3 formatını da qəbul edir. Bir şərti var: vasitəçi dövlət tərəf tutmamalı, beynəlxalq hüququ və ədaləti əsas götürməlidir. Əgər bu mövqe tutularsa Azərbaycan  bu platformaların hamısında iştirak etməyə, müzakirələr aparmağa və sülh sazişini imzalamağa hazırdır. Ermənistan isə yalnız Qərb platformasında müzakirələrə getmək istəyir”-deyən A.Səmədov əlavə etdi ki, Ermənistan Rusiyanı birbaşa rədd edir, Gürcüstanda  görüşmək istəmədi, Tehranda 3+3 formatında sülh sazişini müzakirə etməkdən qəti şəkildə imtina etdi, sərhəddə də görüşmür. A.Səmədov bildirdi ki, Ermənistan yalnız Qərb platformasında görüşəcəyini deyir, bu da təbiidir,  sülh sazişinin imzalanmasını ləngidir. “Azərbaycan Prezidenti də bu məsələlərə diqqət çəkərək, bir daha    Ermənistan rəhbərliyinə çatdırmaq istəyir ki, sülhə çox yaxınıq, bu cür qeyri-konstruktiv mövqe tutmaqdan imtina etsən qısa müddətdə sülh sazişini imzalamaq olar. Çünki əvvəlki maneələr artıq yoxdur, yeganə maneə Ermənistanın tutduğu yanlış mövqedir.   

Ümid edək ki, yaxın vaxtlarda Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi Ermənistanı bir daha düşünməyə vadar edər və qısa müddət ərzində biz sülh sazişinin imzalanmasına nail ola bilərik” - deyə A.Səmədov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031