Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada başlayacaq? - Xorvatiyanın sabiq prezidenti
Növbəti pandemiya hələ də problem olaraq qalır. Trend xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda Grabar-Kitarovic XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Hər kəs üçün sağlamlıq” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
“Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada başlayacaq? Biz buna etinasız yanaşırıq. Bir çox məsələlər bəşəriyyətin gələcəyini sual altında qoyur. Növbəti pandemiyadan dünyanı necə qoruyacağımız gündəm məsələsi olaraq qalır.
Pandemiyanın monitorinqi qurulmalıdır. Hər bir dövlət özünüqiymətləndirmə aparır. Müsbət tərəflər deyildi, lakin zəif tərəflər gizlədildi. Pandemiyanın qarşısını almaq üçün zəif yönlər aradan qaldırılmalıdır”, - deyə o bildirib.