Ceyms O`Brayen: "Türkiyə Azərbaycanla Ermənistan arasında sülh prosesində unikal rol oynayır"
Mən heç vaxt Türkiyədən Azərbaycana hər hansı qeyri-müəyyən silah tədarükünə dair heç bir göstərişə rast gəlməmişəm. Trend xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
O`Brayen bildirib ki, Türkiyə NATO-nun müttəfiqidir.
"Yəni münasibətlərimiz çox şəffafdır. Bu haqda (F16-dan istifadə barədə) məlumatım yoxdur. Çox ümid edirik ki, Türkiyə ilə Ermənistan münasibətləri də yoluna düşəcək.
Bir sıra elementlər var ki, bunlardan biri müzakirə etdiyimiz iqtisadi dəhlizdir (Zəngəzur dəhlizi). Türkiyənin bu marşrutun son məntəqəsi olmaqda iqtisadi marağı aşkardır. Bu element sülh prosesinə dair əvvəlki danışıqlarda yox idi. Bu məsələnin ümumi diqqət mərkəzində qalacağından əmin olmaq istəyirik. Türkiyə ilə aydın kommunikasiyanın olması və Türkiyənin sülh prosesində konstruktiv iştirakı çox faydalıdır. Bu ölkə Azərbaycanla Ermənistan arasında sülh prosesində unikal rol oynayır.