BMT İranla bağlı qətnaməni təsdiqləyib
Birləşmiş Millətlər Təşkilatının 18-ci Baş Assambleyasının Üçünücü Komitəsi Kanadanın İran tərəfindən insan haqlarının kütləvi şəkildə pozulmasını pisləyən qətnaməsini təsdiqləyib. “Bakı-xəbər” “Azad İran” teleram kanalına istinadən yazır ki, qətnamə lehinə 80, əleyhinə 29 və 65 bitərəf səslə qəbul edilib.
Məlumata görə, qətnamənin əleyhinə səs verən ölkələr arasında Əlcəzair, Belarus, Çin, Rusiya, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Oman, Pakistan, Suriya, habelə Tacikistan və Türkmənistan yer alıb. Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Misir, Braziliya və Cənubi Afrika isə bitərəf olublar.
Leyla SƏMƏNDƏR