Zelenski Britaniyanın yeni xarici işlər naziri ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Kemeronla görüşüb. “Bakı-Xəbər” yazır ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb. Zelenski Rusiya Federasiyasının genişmiqyaslı hərbi təcavüzünü dəf etməkdə Ukraynanı dəstəklədiyinə görə Britaniya tərəfinə minnətdarlığını ifadə edib. "Bu, çox vacibdir, xüsusən indi. Biz Böyük Britaniyadan Ukraynaya göstərilən güclü dəstəyə görə minnətdarıq”, - deyə Volodimir Zelenski bildirib. Prezident Britaniya ilə müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.
Leyla SƏMƏNDƏR