KÖHNƏ VERSİYA            

Ermənistan "Arsax separatçılarının" telemüsahibələrinə etiraz etdi...

Image

Xəyal Bəşirov: “Ermənistan tərəfin dedikləri tamamilə absurddur” 

Məlum olduğu kimi, Azərbaycan Televizası Bakıda həbsdə olan erməni separatçılarının rəhbərlərindən müsahibə alıb. Amma hələ silsilə müsahibələr yayımlanamayıb. Müsahibənin elanı Ermənistanda naharatlığa səbəb olub və bu üzdən erməni mediasında bəzi absurd iddialar irəli sürülməyə başlayıb. Bununla bağlı Ermənistanın İnsan Hüquqları Müdafiəsi Bürosu məlumat da yayıb. 

Sözügedən qurum iddia edir ki, guya bu videoçarxın nümayiş etdirilməsi “beynəlxalq standartlara ziddir”. 

Erməni ombudsmanın iddiasına görə, həbsdəki erməni separatçılarından  müsahibə alıb onu efirə vermək olmaz, guya bu, “beynəlxalq standartlara ziddir” və onlar “ictimai marağın obyekti olmamalıdır”. 

Bu adamlar Azərbaycan dövlətinin ərazisində separatçılıqla məşğul olublar, əlləri azərbaycanlıların qanına batıb, ərazimizdə terrorçuluqla, separatizmlə məşğul olublar, bu halda əlbəttə, onların öz cinayətlərini etiraf etməsi bizim cəmiyyətimiz üçün böyük maraq kəsb edir. 

Bu halda onlar necə maraq obyekti olmamalıdırlar? 

“Cinayətkarların müsahibələrinin yayımlanması, çap edilməsi artıq ənənəvi hal almış bir tendensiyadır, burada qanunazidd bir şey yoxdur” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan tərəfi hər bir məsələyə öz marağından, öz kontekstindən yanaşaraq münasibət bildirir. “Onlar, ümumiyyətlə, bütün məsələlərə öz təxəyyüllərinə, öz təfəkkürlərinə, düşüncələrinə uyğun reaksiya verirlər, münasibət sərgiləyirlər. Keçmiş münaqişənin həllindən sonra baş verən proseslərə onlar öz maraqlarına uyğun şəkildə yanaşırlar. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın mətni göz önündədir, internet resurslarında mövcuddur, bütün dünya bunu oxuyur, amma Ermənistan tərəfi onun tam mahiyyətinə və məzmununa zidd  şərhlər verməyə çalışırdı. Çox təəssüflər olsun ki, rəsmi şəxslər də bu şəkildə reaksiya ortaya qoyurdular. İndi də baş verən proseslərə özlərinə məxsus formada şərhlər verirlər, münasibət sərgiləyirlər. Necə olur ki, o cinayətkar ünsürlər zamanında Fransaya, Rusiyaya, digər dövlətlərə gedib orada televizyalara, mətbuata  Azərbaycan əleyhinə silsilə müsahibələr verirdilər, onların müsahibələri canlı şəkildə yayımlanırdı? Necə ola bilirdi ki, keçmişdə Ermənistana rəhbərlik edən cinayətkar ünsürlərdən biri Serjik Sarkisyan Xocalı faciəsi ilə bağlı İngiltərədə müsahibə verib “azərbaycanlılar düşünürdülər ki, ermənilər mülkü şəxsləri öldürməzlər, onlara əl qaldırmazlar” sindromunu qırmaq kimi qələmə verib onunla öyünürdü? Bunu beynəlxalq hüquqa uyğun hesab etmək olar, amma Azərbaycan tərəfin həmin o cinayətkar ünsürlərin törətdikləri cinayətləri öz dillərindən ifadə etməsini yayımlaması qanuna uyğun sayılmır? Ermənistan tərəfin dedikləri tamamilə absurddur. Əslində bu, beynəlxalq aləmdə qəbul edilmiş bir qaydadır ki, cinayətkarların öz cinayət əməllərini etiraf etməsi və peşmançılıqlarını ictimaiyyətin diqqətinə çatdırması üçün onlar  danışdırılır, müsahibələri informasiya resurslarında yayımlanır. Cinayətkarların müsahibələrinin yayımlanması, çap edilməsi artıq ənənəvi hal almış bir tendensiyadır, burada qanunazidd bir şey yoxdur. Bunu ilk dəfə  Azərbaycan etmir. Bu məsələnin bir tərəfidir, digər tərəfdən isə həmin o cinayətkar ünsürlərlə bağlı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Həmin o cinayətkar ünsürləri Fransa kimi dövlətlər “demokratik üsulla seçilmiş” şəxslər kimi qələmə verməyə çalışırlar. Həmin o şəxslərin Azərbaycan tərəfindən terrorçu, cinayətkar kimi saxlanılıb ədalət mühakiməsinə təhvil verilməsi məsələsi ilə bağlı Azərbaycana qarşı səfərbərliklər elan olunub, hücum kampaniyaları təşkil olunub. Həmin cinayətkar ünsürlərin əli Azərbaycan xalqının qanına batıb. Onların bir çoxu hətta saxlanılmazdan əvvəl, hələ İkinci Qarabağ müharibəsi dönəmində Azərbaycanın müharibə zonası ilə heç bir əlaqəsi olmayan, müharibə bölgəsində yerləşməyən şəhərlərinə, mülki vətəndaşlarına qarşı terror hücümları təşkil etdiklərini özləri etiraf etmişdilər. Onlar həmin o hücumları təşkil etməkləri ilə öyünürdülər. Yəni gələcəkdə bir daha Azərbaycana, eyni zamanda ayrı-ayrı dövlətlərə qarşı törədiləcək belə cinayətlərin məntiqi sonluğunun bu şəkildə olacağını beynəlxalq aləmin diqqətinə çatdırmaq əhəmiyyətlidir. Cinayəti təyin etmək məsələsinə gəlincə, ümumiyyətlə, cinayət qanunvericiliyində, beynəlxalq aləmdə qəbul edilmiş aksiomalardan biridir ki, cəzanı təyin etmək digər şəxslərin də növbəti mərhələlərdə belə qanunazidd, hüquqazidd addımlardan çəkindirilməsi xarakteri daşıyır”-deyə X.Bəşirov bildirdi.  

X.Bəşirov qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimizdə üç il yarımdan sonra  kütləvi məzarlıqlar aşkarlanır ki, o kütləvi məzarlıqlar belə cinayətkar ünsürlərin Azərbaycan vətəndaşlarına qarşı törətdikləri kütləvi cinayətlərin nəticəsidir, onun məhsuludur. “Bu gün də Azərbaycan azad edilmiş ərazilərində həmin o kütləvi məzarlıqların aşkar edilməsi prosesini həyata keçirir. Bu şəxslərin törətdikləri cinayətlərin detallarının həm cəmiyyətimizin, həm beynəlxalq ictimaiyyətin, eyni zamanda Ermənistan cəmiyyətinin diqqətinə çatdırılmasında əhəmiyyətli məqamlar var. Nəyə görə? Çünki Ermənistan cəmiyyəti də bu cinayətkar ünsürlərin əməllərinin bəlkə də hələ tam mahiyyəti ilə tanış deyil. Qoy onlar da tanış olsunlar, onlar da görsünlər ki, 30 illik bir müddət ərzində Qarabağ mövzusunu bəhanə gətirərək onları bu mövzu ətrafında özlərinin maraqlarına qurban verən şəxslər əslində nəyə xidmət ediblər. Yəni bilsinlər ki, onların əsas məqsədləri heç də Ermənistan xalqının, Ermənistan dövlətinin maraqlarına xidmət etmək xarakteri daşımayıb. Onların əsas məqsədi Azərbaycanın ərazilərini işğal edib həmin ərazilərdə belə cinayətlər törədib, vəhşiliklər, vandalizmlər  nəticəsində əldə edilmiş var-dövləti öz aralarında bölüşdürmək olub. Yəni bunun Ermənistanın vətəndaşlarına, onların rifahının, həyat şəraitinin yüksəldilməsinə heç bir aidiyyəti olmayıb. Düşünürəm ki, əslində bu, Azərbaycanın daxili məsələsidir. Daha sonra burada qanuna və hüquqazidd heç bir addım yoxdur, beynəlxalq hüquqa qarşı heç bir addım atılmır. Eyni zamanda bu, həm beynəlxalq, həm də daxili hüquq baxımından Azərbaycan dövlətinin atacağı addım olacaq ki, bu yolla Azərbaycan öz vətəndaşlarına, xalqına, dövlətimizin özünə qarşı törədilmiş cinayətlərin izlərini bir daha beynəlxalq aləmdə ifşa edəcək. Azərbaycan dövləti onları beynəlxalq aləmdə ifşa etməklə, əslində Ermənistan toplumunun özü haqqında, yaxud onun havadarları olan Fransa kimi dövlətin onlar barədə yaratdıqları “ən qədim xalq”, “ən qədim mədəniyyətə, svilizasiyaya sahib olan xalq”, “sülhpərvər”, “qurub yaradan xalq” mifini darmadağın etmək prosesinə xidmət edəcək. Çünki reallıq tamam başqa mənzərəni əks etdirir. Əslində reallıq ondan ibarətdir ki, Ermənistan toplumu Ermənistana rəhbərlik edən şəxslərin təsiri, iradəsi altında Cənubi Qafqaz regionunda yalnız pozuculuq siyasəti həyata keçirir”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031