Laçın rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin olundu
Prezident İlham Əliyev Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərıncam imzalayıb.
Sərəncama əsasən, Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
“Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ləğv edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.