KÖHNƏ VERSİYA            

“Qiyamət günü” yaxınlaşır - dünya NATO-nu da, Rusiyanı da lənətləməlidir...

Image

Son günlərdə nüvə silahlarından istifadə ilə bağlı məsələ dünya boyu yenidən aktuallaşıb. Ekspertlər hesab edir ki, Rusiya ilə Qərbin Ukraynada və perspektivdə Ermənistanda hərbi qarşıdurması sonda nüvə silahından istifadəni aktuallaşdıra bilər. 

Məhz belə bir vaxtda Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, Rusiya Federasiyası hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır: “Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Nüvə qüvvələri  daim döyüş hazırlığı vəziyyətindədir”.

Vladimir Putin onu da xüsusi olaraq vurğulayıb ki, Rusiya nüvə triadası digərlərindən daha müasirdir. O bildirib ki, Rusiya dövlətinin mövcudluğuna, onun suverenliyinə və müstəqilliyinə xələl gətiriləcəyi təqdirdə Rusiya Federasiyası nüvə silahından istifadə etməyə hazır olacaq. Xatırladaq ki, nüvə triadasına üç komponent daxildir: strateji aviasiya, qitələrarası ballistik raketlər və nüvə raketi daşıyan sualtı qayıqlar. Bunlar fonunda, Putinin sözlərinə görə, Birləşmiş Ştatlar hazırda nüvə qüvvələrinin müasirliyini artırmaq üçün məqsədlər qoyur və onun bütün komponentlərini inkişaf etdirir: “Biz də belə edirik”. Vladimir Putin, ABŞ nüvə silahı sınaqları keçirəcəyi təqdirdə, Rusiyanın nüvə silahı sınaqları keçirəcəyini istisna etməyib. Bu günlərdə isə CNN telekanalı iki yüksək rütbəli amerikalı məmura istinadən xəbər verib ki, ABŞ 2022-ci ilin sonunda Rusiyanın Ukrayna ərazisinə mümkün nüvə zərbəsi üçün hərtərəfli hazırlıqlara başlayıb. Kanalın həmsöhbətlərinin dediyinə görə, Vaşinqton bu ssenarini kəşfiyyat xidmətləri bəzi məlumatlar aldıqdan sonra nəzərdən keçirməyə başlayıb. Ağ Evdəki mənbələr də eyni hazırlıqların getdiyini “The New York Times”a təsdiq ediblər.  ABŞ kəşfiyyatının son illik hesabatında isə vurğulanır ki, Rusiya nüvə silahlarını modernləşdirməyə davam edəcək, ən böyük və ən müxtəlif nüvə silahı ehtiyatını saxlayacaq. Moskva öz nüvə potensialını ABŞ və NATO-nu mümkün toqquşmadan çəkindirmək və məqsədlərinə çatmaq üçün zəruri hesab edir: “Rusiyanın döyüş meydanında tez və qətiyyətlə qalib gələ bilməməsi, Ukraynanın federasiyanın ərazisinə zərbələri Putinin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qorxuları artırır”. Amerikalı kəşfiyyatçılar vurğulayır ki, Moskva ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin qarşısını almaq üçün nəzərdə tutulmuş uzaqmənzilli nüvə başlıqlı raketləri və sualtı çatdırılma sistemlərini inkişaf etdirməyə davam edəcək. Rusiya nüvə və ya adi döyüş başlıqlarını daşımağa qadir olan qeyri-strateji sistemlərini də genişləndirir və modernləşdirir. Moskvanın fikrincə, belə sistemlər düşmənin qarşısını almaq, mümkün eskalasiyaya nəzarət, ABŞ və müttəfiqlərinə qarşı mübarizə aparmaq imkanı verir. Ukrayna geri çəkilə bilmir. Çünki Qərb bu zaman silah dəstəyini azaltmaqla Kiyevi bir növ şantaj edir. Silah tədarükünü artırdıqda isə Ukraynanı döyüşməyə təhrik edir və Rusiya adekvat cavab verməli olur. Qərbin Ukraynaya hərbi dəstəyinin tez-tez artıb-azalması da, ola bilsin, ABŞ və Avropa ilə Kiyev arasında yaranan ziddiyyətlərlə bağlıdır. Amma gələcəkdə Qərbin Ukraynaya qoşun göndərməsi mümkündür. Bunun işartıları artıq görünür. Lakin sözügedən təşəbbüs sülhün təmin olunmasına kömək etməyəcək. Əksinə, bu, müharibənin miqyasının genişlənməsi və NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmanın başlanması deməkdir. Bu isə, öz növbəsində, onsuz da artıq davam edən Üçüncü Dünya müharibəsinin rəsmən elan edilməsi və Rusiyanın nüvə silahını tətbiq etməsi ehtimalını artırır. 

Finlandiyanın yeni prezidenti Aleksandr Stubbun açıqlamaları da nüvə silahı ilə bağlı vəziyyəti çətinləşdirir. O qeyd edir ki, Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır: “Finlandiya çəkindirici nüvə vasitəsinə sahib olmalıdır. Üzvü olduğumuz NATO bizə üç çəkindirici vasitə təqdim edir: birincisi, hərbçilərdir, ikincisi raketlər, sursatlar və üçüncüsü – bu, ABŞ-dan gələn nüvə silahıdır”. Qeyd edək ki, Stubb namizədliyi dövründə də, parlament qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə, Finlandiya ərazisində nüvə silahının yerləşdiriləcəyini istisna etməmişdi. Deməli, nüvə silahı artıq Rusiya sərhədində yerləşdirilir. Amma ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton diqqəti ona yönəldir ki,  Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir. Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub: “Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”. Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.  Bu səbəbdən o, qeyd edilənlərin nəzərə alınmasını vacib hesab edir.  Putinin ideoloqu  kimi tanınan strateq Aleksandr Duqin isə bu fonda bildirir: “Biz heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Hazırda qütblərarası müharibə gedir. Bu, birqütblü dünya nizamı ilə Qərbin qorumağa çalışdığı çoxqütblü sistem arasındadır. Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Yeni dünya nizamının formalaşması mərhələsindəyik. Bu proses qaynar münaqişələrə səhnədir. Ən pisi odur ki, indi nüvə müharibəsi risqi ilə üz-üzəyik. Rusiyanın şəhərlərinə hücumlar hər an nüvə müharibəsini başlada bilər”. Duqin qeyd edib ki, Üçüncü Dünya müharibəsi müəyyən mənada başlayıb: “Bunun ilkin mərhələsindəyik. NATO liderləri anlamırlar ki, atdıqları addımlar nüvə faciəsinə gətirib çıxara bilər. Rusiyaya hücum dünyanın məhvidir. NATO indiki siyasətini davam etdirsə, bu dəhşətli gün qaçılmaz olacaq".

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031