hökmdar Uzun Həsənə aid olan bir çox eksponatlar Bakıda nümayiş etdirildi...
"Bu həddindən artıq maraqlı bir sərgi olacaq. Çünki bu sərgidə bizim muzeyin Ağqoyunlu dövrünə aid 50-yə yaxın eksponatı sərgilənir. Ağqoyunlu dövlətinin hökmdarının Azərbaycanda Azərbaycan tarixində yeri çox böyükdür. Bu dövlətin başqa dövlətlərlə əlaqəsi çox geniş olub. Bu gün biz bir daha şahidi olacağıq ki, Azərbaycanda dövlətçilik necə olub, dövlətçilik necə qurulub. Bu bizim üçün çox vacibdir. Siz təsəvvür edin ki, Türkiyədən Ağqoyunlu hökmdarı Uzun Həsənə aid olan bir çox eksponatların Bakıya gətirilməsi və nümayişi nadir hadisədir". Bunu Baki-xeber.com-a Azərbaycanda ilk dəfə keçirilən "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisi barədə açıqlamasında Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı bildirib.
M. Vəlixanlı qeyd etdi ki, biz öz tariximizi bilməliyik və Azərbaycan tarixinin dünyada təbliği istiqamətində bu cür sərgilərin əhəmiyyəti böyükdür.
Azərbaycan dövlətlərinin tarixinin öyrənildiyini deyən N. Vəlixanlı əlavə etdi ki, bununla belə, bu Ağqoyunlu dövləti ilə bağlı tədqiqatları dərinləşdirəcək, gənc alimlərin bu sahədə yeni tədqiqatlarını meydana çıxaracaq.
İradə SARIYEVA