Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını açıqladı
"Ağ Evə qayıtdıqdan sonra ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacağıq. Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp Şimali Karolinada tərəfdarları ilə görüşündə bildirib.
Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizənin favoriti olan Donald Tramp prezident seçiləcəyi təqdirdə Bayden administrasiyasının açıq qapı siyasətini tamamilə ləğv edəcəyini bildirir.
Tramp çıxışında bir daha Bayden administrasiyasını siyasi təqibdə ittiham edib və özünü “qürurlu siyasi dissident” adlandırıb.
“Mən sizin qarşınızda sadəcə keçmiş və ümid bəslədiyiniz gələcək prezidentiniz kimi deyil, həm də qürurlu siyasi dissident və fırıldaqçı rejimin ictimai düşməni kimi dayanıram. Bu, fırıldaqçı və təhlükəli maşındır. Bu, antidemokratik maşındır. Bu insanlar quldurlar və zülmkardırlar”, – deyə Tramp bildirib.
TAHİR